SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"Ədalətsiz iddia, əsassız təkəbbür, utancverən əda və lovğalıq" - Faiqdən Röyaya cavab

29-09-2017, 14:06 | Oxunub: 7 409 |

"Ədalətsiz iddia, əsassız təkəbbür, utancverən əda və lovğalıq" - Faiqdən Röyaya cavab

Əməkdar artist Röya Ayxan bu gün uzun fasilədən sonra jurnalistləri bir araya toplayıb mətbuat konfransı keçirib.

Sözügedən tədbirdə olan əməkdaşımızn verdiyi məlumata görə, media nümayəndələrinin suallarını cavablandıran müğənni xalq artisti Faiq Ağayevin "Azərbaycanda yalnız 3 müğənni konsertdən real gəlir və izləyici toplayır ki, onlardan biri də mənəm" sözlərinə münasibət bildirib. O, Ağayevin bu sözləri ilə razı olmadığını bildirib: "Faiq Ağayev konsertdən real gəlir əldə edən 3 müğənnidən birinin özü olduğunu söyləyib. Digərlərinin isə adını açıqlamayıb. Lakin demək istəyirəm ki, Azərbaycanda verdiyi konsertdən real gəlir və izləyici yığan müğənnilərdən birincisi elə özüməm, ikincini axtarıram". Qeyd edək ki, Faiq Ağayev konsertdən real gəlir və izləyici toplaya bilən müğənnilərdən birinin özü, digərinin isə Alim Qasımov olduğunu bildirib.

Faiq Ağayev sosial şəbəkədə həmkarına cavab verib. Həmin statusu təqdim edirik:

"Əslində, xoşagəlməz haldır. Görünür, istəməsəm də, mövqe bildirməliyəm. Röya 2000-ci illərdə səhnəyə gəldiyi ilk, əzəl gündən məndən yalnız səmimi rəğbət, əməli dəstək görüb. El-aləmin onu kəsib-baltaladığı, kəskin tənqid etdiyi bir dönəmdə sənət aləmində ancaq mən ona arxa-dayaq durdum. Məlum açıq-saçıq klipi ucbatından yaranan qalmaqaldan sonra ATV-də yayımlanan Yusif Ağayevin "106 HOUSE" verilişinə zəng edib, canlı yayımda olan hələ gənc, peşəkar səhnədə yenicə addımlamağa başlayan Röyaya bunu dedim: "Ona çılpaqmı deyirsiz? Düz deyirsiz. Bəli, Röyanın qəlbi çılpaqdır, o maskalanmış halda qarşınıza çıxmır, dəstəkləyirəm onu!". Bundan sonrakı illərdə də onu aşırı istedadlı, zəhmətkeş həmkarım sayıb, barəsində yalnız xoş, səmimi, sevgi dolu ifadələr işlədib, müxtəlif həlledici məqamlarında yanında dost, böyük qardaş kimi olmuşam. Əgər jurnalistlərimizə inansaq, #yaşı_sənət_stajım_qədər_olan_Röya dünən bu ifadələri işlədib: "... demək istəyirəm ki, Azərbaycanda verdiyi konsertdən real gəlir və izləyici yığan müğənnilərdən birincisi elə özüməm, ikincini axtarıram". Digər mənbəyə görə isə bunları deyib: "Məncə, birinci mənəm. İkincini axtarıram... Azərbaycanda ən çox bilet satan müğənniyəm". İbtidai sinif şagirdi də primitiv riyazi hesablamalar aparsa, bəllidir ki, 1991-ci ildən bu yana heç bir çağdaş müğənnimiz keçirdiyim solo-konsert sayına, gələn tamaşaçı, qazanılan qonorar, dövlətə ödənilən verginin miqdar və miqyasına çatmayıb. Bu məsələdə müasir estradamızda rəqibim birmənalı, mübaliğəsiz şəkildə yoxdur. 2007-də keçirdiyim 5 günlük anşlaqlı solo-konsert rekordumu da hələ ki, heç kim nə əldə edib, nə də ki yeniləməyib.

Röyanın uğurla keçirdiyi konsertlərini, layihələrini heç vaxt kölgəyə alıb, böyük zəhmətini danmamışam, incikliyinə səbəb olmamışam. Əksinə, həmkarımı çəkinmədən səmimi təbrik edib, sevinmişəm nailiyyətlərinə. Və, çox güman ki, o, dediklərini (əgər doğrudan da belə deyibsə) əslində özünə qarşı yönəlmiş, növbəti media qalmaqalı üçün əvvəlcədən düşünülmüş təhrik (provokasiya) tələsinə düşərək, bilmədən söyləyib. Mən bu dəqiqəyə kimi məhz belə düşünmək istəyirəm. Çünki, belə deyilsə, çox ayıb bir mənzərə yaranır. Ədalətsiz iddia, əsassız təkəbbür, utancverən əda və lovğalıq. Nə yüksək "Əməkdar Artist" adına, nə xalqın gerçək sevimlisi statusuna, yaraşmaz belə səbəbsiz "ixtira"."

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR