18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Əliyevin çıxışı İrəvanı təşvişə saldı: “Azərbaycan iri hərbi əməliyyatlara hazırlaşır”
Azərbaycan iri hərbi əməliyyatlara hazırlaşır.
Emtv.az xəbər verir ki, bunu İrəvanda jurnalistlərə Daşnaksütun İnqilabi Federasiyasının rəhbəri Kiro Manoyan bildirib. Belə məlum olur ki, daşnak Manoyan Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının sessiyasındakı çıxışından təşvişə düşüb. O, hesab edir ki, həmin çıxış Ermənistanla “DQR” arasında nəhayət “hərbi-siyasi müqavilə imzalamaq” üçün əsasdır.
“Və onların həm Naxçıvanda, həm Ermənistan sərhədlərində və Dağlıq Qarabağda gördüyü bütün hazırlıqlar bundan xəbər verir ki, Bakı iri hərbi əməliyyat hazırlayır. Lakin bu o demək deyil ki, müharibə hökmən olacaq”-Manoyan bildirib.
Eyni nzamanda da virtualaz.org qeyd edir ki, Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasında çıxışı zamanı Ermənistanın Təhlükəsizlik Şurasının 4 qətnaməsini indiyədək yerinə yetirmədiyini, bu ölkənin ötən ilki aprel hadisələrindən dərs götürməli olduğunu bildirib.
Prezident deyib ki, Ermənistan Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməməkdə davam etsə bu qətnamələri Azərbaycan əsgəri reallaşdırmalı olacaq.
Daşnak Manoyanda təşviş yaradan digər hadisələrə gəldikdə Azərbaycan Naxçıvanda iri qoşun qruplaşması, İrəvan da daxil olmaqla Ermənistan ərazilərinin dərinliklərinə dağıdıcı zərbələr endirməyə imkan verən silah sistemləri yerləşdirib. Habelə bu günlərdə Azərbaycan ordusu dağlıq ərazilərdə döyüş əməliyyatlarını irimiqyaslı hərbi təlimlərdə məşq edib.
Həmin təlimlərdə ilk dəfə Çexiya istehsalı olan “Dana” özüyeriyən qaubitsalar və RM-70 “Vampir” reaktiv yaylım atəşi sistemləri nümayiş olunub. Habelə Azərbaycan və Türkiyə hava qüvvələrinin “TurAz qartalı-2017” birgə təlimləri keçirilib.
Emtv.az