18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbayacanda bir qrup müxalifətçi meydana yığışıb, hakimiyyyətdən neft istəyir
Milli Şurada birləşən müxalifətin Bakının “Məhsul” stadionundakı icazəli mitinqi davam edir. Sosial şəbəkələrdə qaldırılan bütün hay-küyə baxmayaraq mitinqdə gözlənilən kütləvilik alınmayıb, meydanda seyərklikdir.
Emtv.az xəbər verir ki, toplaşanlar qarşısında AXCP sədri Əli Kərimli çıxış edir. İllər keçir, müxalifətin isə ritorikası dəyişmir. Əli Kərimlinin ritorikası yenə də ötən əsrin 80-ci illərinin sonunu, 90-cı illərinin əvvəllərini xatırladır. Onun əvvəlki çıxışlarını götürüb indiki ilə müayisə etmək olar və bu zaman aydın olacaq ki, nə müxalifətin natiqlərinin dediklərində, nə ölkədəki vəziyyətdə dəyişiklik yoxdur.
Əli Kərimli yenə repressiyalardan, neft pullarından və avtoritarizmdən danışır. Sözlər də oxşardır, bir yığın insanın sifətindəki emosiyalar da. Siyasi situasiyanın dəyişdiyi haqda bütün deyilənlər əbəsdir. Bu mitinqə və müxalifət liderlərinin mənasız nitqlərinə baxanda belə qəanətə gəlirsən ki, onlar xalqdan nə dərəcədə uzaq düşüblər.
***
Milli Şura adlandırılan müxalifət birliyinin Bakının “Məhsul stadionu”unda keçirilən icazəli mitinqi bu dəqiqələrdə başlamaq üzrədir. Meydana AXCP sədri Əli Kərimli və Milli Şuranın rəhbəri Cəmil Həsənli, digər müxalif partnomenklatura üzvləri gəliblər. İştirakçılar da meydana toplaşır. Polis mitinqin keçirilməsinə mane olmur, ancaq stadiona girənləri diqqətlə yoxlayır. Meydanda vətənpərvər ruhlu mahnılar səsləndirilir.
***
Mitinqin başlamasına sayılı dəqiqələr qalıb.
Buna baxmayaraq, “Ərzaq meydanı”nda müxalifətin mitinqinə gələnlərin sayı olduqca azdır. Daha dəqiq desək, meydan boşdur.
***
Təxminən bir saatdan sonra Bakının “Ərzaq meydanı” kimi tanınan ərazisinin qarşısında – “Məhsul” stadionunda milli-demokratik müxalifətin mitinqi keçiriləcək.
Mitinqin təşkilatçısı müxalifətçi bloger Əli Kərimlinin sədrlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır.
Müxalifət prezident seçkilərinə bir il qalmış yenidən öz köhnə ənənəvi – kütləvi mitinqlərin və nümayişlərin köməyi ilə siyasi prosesləri dinamikləşdirmək, vəziyyəti gərginləşdirmək taktikasına müraciət edib.
Əslində AXCP və Ə.Kərimli bu taktikaya hələ keçən ilin payızından üz tutmuşdu. Amma hazırkı hakimiyyətin rəqibləri meydana heç bir neçə min tərəfdar belə yığmağı bacarmadı və ondan sonra “mitinq taktikasını” uzun müddətə bir kənara qoymalı oldu. Və budur, 2018-ci ildə keçiriləcək prezident seçkilərindən bir il əvvəl AXCP yenə öz tək alternativinə doğru şığıyır.
Ancaq bu dəfə etiraz hərəkatı yaradılması cəhdinin əsas şüarı təəccüb doğurur: “Neftdən payımızı verin!”. Bu barədə daha sonra virtualaz.org qeyd edir ki, maraqlıdır, görəsən müxalifət alternativ enerji mənbələri mövzusunun aktuallaşması fonunda hər gün ucuzlaşan neftin bölünməsini necə təsəvvür edir? Ə.Kərimli və onun tərəfdarları bunu izah etmirlər. Sadəcə deyirlər ki, neft buruqlarının idarə edilməsini bizə verin. Müxalifət həmin neftvuran dəzgahları “fırlatmağa” cəhd edən çoxmu tərəfdar tapacaq? Bir saatdan bir az çox gözləmək qaldı.
Amma artıq indi bir məsələni təsdiq etməyə zərurət var: müxalifətin neft buruqları uğrundakı mübarizə metodları, hakimiyyətin önləyici metodları kimi, dəyişmir. Müxalifət mitinq ərəfəsində doqquz fəalın saxlanıldığını bəyan etmişdi. Amma…
Görünür, Kərimli bu dəfə də “buruqları” idarə etməyə nail ola bilməyəcək.
Hadisələrin inkişafını izləyirik…
Emtv.az