18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Şərurlu torpaq mülkiyyətçiləri qarğıdalı sahələrində bol məhsul yetişdiriblər
Naxçıvan Muxtar Respublikasının ən böyük bölgələrindən olan Şərur rayonunda qarğıdalı əkininə xüsusi önəm verilir. Hər il bölgənin torpaq mülkiyyətçiləri iqtisadi cəhətdən səmərəli olan bu sahədə xeyli gəlir əldə edirlər. Onlar dövlət tərəfindən müxtəlif yardımlarla, yüksək reproduksiyalı toxumlarla təchiz olunurlar. Tədarük edilən məhsulun satılmasında da heç bir çətinlik yoxdur.
Cari ildə də şərurlular öz torpaqlarında bu məhsulun becərilməsi ilə məşğul olublar. Rayonda 1241,6 hektar sahədə qarğıdalı əkini həyata keçirilib. Sahələrə vaxtlı-vaxtında və aqrotexniki qaydada qulluq göstərilib. Bu səbəbdəndir ki, torpaq mülkiyyətçiləri bol məhsul yetişdiriblər.
Şərur Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, artıq 241 hektar sahənin məhsulu tədarük edilib, 2314 ton qarğıdalı yığılıb. Orta məhsuldarlıq 96 sentner olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur. Rayonun Düdəngə, Cəlilkənd, Xanlıqlar, Danyeri, Püsyan və başqa yaşayış məntəqələrində məhsul tədarükü sürətlə aparılır.
Qeyd edək ki, bölgədə soğan tədarükünə də başlanılıb. Bu il şərurlular 150 hektar sahədə soğan yetişdiriblər. Hər iki sahədən məhsul tədarükünü vaxtında başa çatdırmaq üçün bütün imkanlardan istifadə olunur.
Emtv.az