SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Mərhum sənətkarın qızının toyunda kövrək anlar yaşandı: "Atasının arxivindən elə bir səs yazısını tapdı ki..." - FOTO

22-09-2017, 15:16 | Oxunub: 9 127 |

Mərhum sənətkarın qızının toyunda kövrək anlar yaşandı: "Atasının arxivindən elə bir səs yazısını tapdı ki..." - FOTO

Mərhum sənətkar, yazıçı, 20 ildən artıq AzTV-də rejissor və redaktor, vəzifəsində çalışan Maarif Məmmədovun qızı Fidan Məmmədovanın toy mərasimi keçirilib.

Emtv.az xəbər verir ki, bu haqda rejissorun həyat yoldaşı, aktrisa Sədaqət Maarif yerli mətbuata özü məlumat verib:


"Həyat yoldaşımın yadigarı, qızım Fidana toy etdik. Çox gözəl və yaddaşlara həkk olunacaq bir məclis oldu. Siz təsəvvür etməzsiniz ki, Maarifin sənət yoldaşları necə canfəşanlıqla toyda iştirak etdilər. Mən onlardan yerdən-göyə qədər razıyam. Yoldaşım rəhmətə gedəndə onlar bizim ailəmizə daha da yaxın oldular.

Bir dəqiqə də olsun Maarifin sənət yoldaşları bizi unutmadı. Biz hamımız bir-birimizin xoş günlərində çox sevinirik. Toyu, demək olar ki, elə Maarifin aktyor dostları apardı. Onlar həm oynadılar, həm oxudular, bir sözlə öz istedad və bacarıqlarını əyani şəkildə göstərdilər. Ata evindən onu Maarifin əmisi oğlu, əməkdar artist Ayşad Məmmədov çıxardı. Bu çox təsirli bir məqam idi. Amma toyun sonuna qədər ata kimi oğlum bizim yanımızda oldu.

Təbii ki, Maarifin yoxluğu toyda çox görünürdü... Qızım Fidan onun toy məclislərinin birində bəylə gəlinə etdiyi təbrik səsini götürüb, fotoların üstünə montaj etmişdi. Siz təsəvvür edin ki, onun səsini eşidən hər kəs kövrəldi... Hamı elə bildi ki, Maarif bir anlıq qızını təbrik edib, getdi. Ümumilikdə bu xoş günümüzdə gəlişi ilə bizə xoş dəqiqələr yaşadan bütün sənət yoldaşlarımıza təşəkkürümüzü bildirirəm".

Emtv.az Əli Rəhimoğlu

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR