17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
AAAF Park rəhbərinin həbsi ilə bağlı prokurorluqdan AÇIQLAMA
AAAF Park Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərov hazırda Kosovadadır. Onun həbsi ilə bağlı yazılanlar əsasızdır.
Entv.az xəbər verir ki, bu sözləri yerli mətbuata açıqlamasında AAAF Park Yaşayış Kompleksinin mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev Parkın ərazisindəki bütün obyektlərə Baş Prokurorluq tərəfindən həbs qoyulması, parkın rəhbərinin həbsi ilə bağlı yayılan məlumata aydınlıq gətirərkən deyib.
Onu sözlərinə görə, park ərazisindəki bütün obyektlər normal işləri ilə məşğuldur, heç bir obyektdə axtarış aparılmır:
“Yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda mən buradayam. Burada heç bir polis və prokurorluq işçisi araşdırma aparmır. Obyektlər də fəaliyyətini davam etdirir”.
K.Məstəliyevin sözlərinə görə, Tofiq Heydərov bir neçə gün öncə Bakıda olub:
“Tofiq müəllim hazırda Kosovadadır. Orada Ağır Atletika Federasiyasının nümayəndə heyəti ilə yarışın açılışında iştirak edir. Tofiq müəllimin hansısa dini sektanın üzvü olması ilə bağlı deyilənlər də əsassızdır. Həqiqəti əks etdirmir”.
***
Baş Prokurorluq həbsi haqda məlumatı yayılan AAAF Park Yaşayış Kompleksinin rəhbəri Tofiq Heydərov barədə açıqlama verib.
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Axar.az-a verdiyi məlumata görə, bəzi KİV-lərdə AAAF Park Kompleksində prokururluq orqanları tərəfindən araşdırma aparılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
"Tofiq Heydərovun həbsi və kompleksdə prokurorluq əməkdaşları tərəfindən yoxlamanın aparılması barədə məlumatlar tərəfimizdən təkzib edilir", - E.Sultanov bildirib.
Qeyd edək ki, AAAF Park Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərovun həbs edildiyi haqda mediada məlumat yayılıb.
Kompleksin mətbuat katibi isə prokurorluq orqanlarının deyil, məhkəmə icraçılarının AAAF Parkda inventarizasiya apardığını təsdiqləyib.
Emtv.az