SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Öküzün spermasından hazırlanan içkilər - Daha bir xəbərdarlıq

18-09-2017, 13:28 | Oxunub: 8 029 |

Öküzün spermasından hazırlanan içkilər - Daha bir xəbərdarlıq

Bir neçə il əvvəl bir çox Avropa ölkələrində qadağan olunan energetik içki brendləri təəssüf ki, qısa müddətdə Azərbaycana və bütün postsovet ölkələrinə sürətlə yayılıb. Bu içkilərin zərərləri, hətta ölümə səbəb olması barədə yayılan məlumatlar, tələbatı azaltmaq əvəzinə, artırır.

Emtv.az xəbər verir ki, qida mütəxəssisi və dietoloq Leyla Zülfüqarova medicina.az-a bildirib ki, enerji içkiləri insanları məhvə aparırır: "Mən bu içkilərə enerjiverici yox, enerjisovurucu, enerjidağıdıcı içkilər deyirəm. Çünki tərkibində elə maddələrin birləşməsi, yüksək kofein vardır ki, bunların artıq dozada qəbulu insanı məhvə aparır".

Mütəxəssis bu içkilərlə bağlı daha çox yayılan "Energetik içkilərdə öküz sperması, sidiyi qatılır" şayiələrə də münasibət bildirib:

"Energetik içkilərin tərkibində Taurin var. Bu bir amin turşudur. İnsan orqanizmində də, heyvanlarda da ifraz olunur. Bu, daha çox öküzün ödü və spermasında var. Təbii ki, sənayedə insan taurinindən yox, öküzlərdən alınmış taurin istifadə olunur. Energetik içkilər o qədər çox istehsal olunur ki, ehtimal var ki, taurin məhz öküz spermasından qaynaqlanır.

Təhlükə təkcə taurin deyil ki... İçkilərin tərkibində şəkər, kofein də çoxdur.

İnsan orqanizminin gündəlik kofein norması 300-400 mq-dır. Gün ərzində çay, kofe, qazlı içkilər, bəzi yeməklərlə kofein dozasını alırıq. İndi təsəvvür edin, bir-iki banka da energetik içki içərsə, orqanizmə, sanki, kofein bombası düşür, beyin, qan dövranı, ürək, sinirlər ikiqat yüklənir, sürətlə işləyir və 1 saatın içində olan-qalan enerjini də aparır. Halbuki həmin enerji 1 gün bəs edərdi. Ona görə uşaqlar, gənclər yatmır, yatsa da yuxudan doymur, yorğun, halsız, key kimi olur.

Nevroz, nevrasteniya, apatiya, yorğunluq, bir sıra beyin pozulmaları başlayır".

Leyla Zülfüqarova bu içkilərin ölümə səbəb ola biləcəyini istisna etməyib: "Avropada və Rusiyada bu içkiləri çox qəbul edən 1-2 gəncin ölümü faktları var. Azərbaycanda bu fakt var, ya yoxdur, dəqiq bilmirəm. Bəlkə də hər hansı gənc ürək tutmasından vəfat edib, amma heç kim onun energetik içki qəbul edib-etməməyinin fərqinə varmayıb.

Energetik içkilər 2 cür olur: alkoqollu və alkoqolsuz. Alkoqolluda dediklərim ikiqat dozadadır. İstirahət mərkəzlərində masada energetik alkoqollu və digər spirtli içkilər görürük. Bunlar birgə qəbul olunur, bu isə fəlakətdir. Ona görə yollarda vəhşiləşmiş sürücülər artır. Energetik içkiləri davamlı olaraq qəbul edən sürücülər təhlükə mənbəyidir.

Son zamanlar insanlarda vəhşilik, quduzlaşma, canavarlaşma sindromu çoxalıb. Kişilər ətrafa, özünə, ailəsinə qarşı qəddarlaşır. Mənəvi - maddi problemləri önə çəkirlər, amma birinci növbədə nə yeyib-içdiyimizə diqqət yetirməliyik. Xüsusən analar oğlan uşaqları və yeniyetmələri bu içkilərdən uzaq tutmalıdır".

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR