17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Deyirdilər, məktəbin yerinə başqa bina tikiləcək” – İlham Əliyev
Bu gün prezident İlham Əliyev Bakının Yasamal rayonunda 20 nömrəli məktəbin açılışında iştirak edib.
Emtv.az xəbər verir ki, dövlət başçısı açılışda çıxış edərək bildirib ki, 10 il bundan əvvəl məktəbin təmiri ilə bağlı müəyyən tədbirlər görülmüşdür: “Mən bu məktəbdə olmuşdum. Təmir işləri aparılmışdır. O vaxt üçün bəlkə də pis aparılmamışdı. Ancaq bugünkü inkişafımızın səviyyəsinə uyğun gəlmirdi. Ona görə də qərar qəbul olundu ki, məktəbin binası sökülsün və yeni məktəb tikilsin.
Xatırlayıram ki, o vaxt valideynlər, müəllimlər tərəfindən müxtəlif fikirlər, narahatlıqlar var idi ki, bu məktəb söküləcək və yerində başqa bir bina tikiləcək. Bəzən belə olur. Şəhərimizdə şayiələr gəzir. Ancaq əlbəttə ki onların heç bir əsası yox idi. Bizim əvvəldən planlarımız o idi ki, bu məktəbin yerində yeni bir məktəb tikilsin. İki il yarım ərzində möhtəşəm bir bina tikildi. Tam əminliklə demək mümkündür ki, bu gün ölkəmizin ən böyük və ən gözəl məktəbi 20 saylı məktəbdir. Bu adı qazanmaq o qədər də asan deyil”.
Xatırladaq ki, 2014- cü ildə 20 nömrəli məktəb sökülən zamanı Bakı şəhər İcra Hakimiyyəti ilə Təhsil Nazirliyi arasında qalmaqal yaranmışdı. Bakı meri Hacıbala Abutalıbov məktəbin yerində park salınacağını bildirmişdi. Bu isə valideynlər arasında narazılığa səbəb olmuşdu. Onlar bununla bağlı aksiya keçirmişdilər.
Emtv.az