SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“Azərbaycanda 10 yaşına qədər qızların sayı çox azdır” – Deputat

14-09-2017, 16:55 | Oxunub: 9 731 |

 “Azərbaycanda 10 yaşına qədər qızların sayı çox azdır” – Deputat

“Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, Azərbaycanda 10 yaşdan kiçik qız uşaqlarının sayı oğlanlarla müqayisədə nəzərə çarpacaq dərəcədə aşağıdır”.

Bunu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimova komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
M.İbrahimova Azərbaycanda qız-oğlan nisbətinin tarazlaşması üçün maarifləndirmənin aparılmasına ehtiyacın olduğunu bildirib:
“Hamiləlik zamanı ultrasəs müayinəsi ilə dölün cinsinin müəyyən olunmasının özü ölkədə tibbi maarifləndirmə işlərinin aparılmasına ehtiyacın olduğunu göstərir. Bu mənada cəmiyyətin maarifləndirilməsinə böyük ehtiyac var”.

Xatırladaq ki, 1998-ci ildən başlayaraq, Azərbaycanda hər 100 qıza düşən oğlanların sayı 114-118 arasında dəyişib. Bu göstəricinin ən yüksək həddi 118 olmaqla 2003 və 2009-cu illərdə qeydə alınıb. 2016-cı ildə kəndlərdə doğulan hər 100 qıza 116, şəhərlərdə 112 oğlan düşüb.

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Tibbi coğrafiya şöbəsinin müdiri, İnsan coğrafiyası istiqamətinin rəhbəri, coğrafiya üzrə elmlər doktoru Zakir Eminov Trend-ə bildirmişdi ki, əslində, hər 100 qıza 104-105 oğlan düşməlidir. Lakin Azərbaycanda hər 100 qıza 114 oğlan düşdüyündən doğulan oğlanların sayı qızlarla müqayisədə yenə də çoxdur.

Emtv.az trend-ə istinadən bildirir ki, Z.Eminov qeyd edib ki, əgər hər 100 qız uşağına 104-105 oğlan uşağı düşsəydi, o zaman il ərzində qızlarla müqayisədə təxminən 3000 oğlan uşağı çox doğulardı. Lakin Azərbaycanda bu göstərici normadan yüksək olduğundan qızlarla müqayisədə 7000-dən artıq oğlan uşağı çox doğulur.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR