17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bu il ali məktəblərə qəbul olan tərtərli məzunlardan 10-u 600-dən yuxarı bal toplayıb
2016-2017-ci dərs ilində Tərtər rayonunda 47 ümumtəhsil məktəbi fəaliyyət göstərib, 10 min 106 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1238 müəllim məşğul olub. Əvvəlki illərdə olduğu kimi, ötən tədris ilində də rayonun şagirdləri respublika fənn olimpiadalarında, müxtəlif yarış və müsabiqələrdə fəal iştirak ediblər.
Emtv.az xəbər verir ki, bu barədə Tərtər şəhərindəki Mədəniyyət Mərkəzində keçirilən təhsil işçilərinin ənənəvi sentyabr konfransında məlumat verilib. Rayonun təhsil işçiləri əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri qoyublar. Sonra onlar şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıblar.
Konfransda ötən tədris ilində görülən işlər ətraflı təhlil edilib, qarşıda duran vəzifələrdən danışılıb. Rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyevin məruzəsində bildirilib ki, bu il ali təhsil ocaqlarına sənəd verən 332 məzundan 215-i ali, 65-i orta ixtisas məktəblərinə, 6 nəfər isə Cəmşid Naxçıvaniski adına Hərbi Liseyə qəbul olub. Tərtərli məzunlardan 10-u 600-dən yuxarı, 19-u isə 500-dən yuxarı bal toplayıb.
Bildirilib ki, məktəblərə 202 adda 27 min 332 ədəd dərslik və 58 adda 1620 ədəd müəllim vəsaitləri çatdırılıb. Seydimli tam orta məktəbində 360 şagird yerlik yeni korpus tikilib. Tərtər şəhər 6 nömrəli tam orta və Qazyan kənd ümumi orta məktəbləri əsaslı təmir olunur, Bayandur kənd ibtidai və Poladlı kənd ümumi orta məktəbi üçün tikilən modul tipli binalarda tamamlama işləri aparılır.
Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Təhsil Nazirliyinin əməkdaşı Sübhi Kazımov təhsil işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb, respublikamızda, o cümlədən Tərtər rayonunda təhsilin səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, pedaqoji kollektivin qarşısında duran vəzifələrdən danışıblar.
Sonda bir qrup təhsil işçisinə fəxri fərman və hədiyyələr təqdim edilib.
Emtv.az