SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Ərdoğan seçkiləri boykota çağırdı - Berlinin cavabı nə olacaq?

7-09-2017, 15:04 | Oxunub: 7 092 |

Ərdoğan seçkiləri boykota çağırdı - Berlinin cavabı nə olacaq?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyadakı türklərə seçkiləri boykot etmək çağırışı iki ölkə arasındakı gərginliyi son həddə çatdırıb.

Emtv.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident İstanbulda jurnalistlərlə görüşündə Almaniya hökumətini sərt tənqid edərək, həmin ölkədə yaşayan seçki hüququna malik türkləri sentyabrın 24-də keçiriləcək parlament seçkilərində ənənəvi partiyaları dəstəkləməməyə çağırıb.

Ərdoğan çağırışını daha da konkretləşdirərək, Almaniya türklərinin Türkiyəyə düşmən münasibət bəsləyən Xristian-Demokrat, Sosial-Demokrat və Yaşıllar partiyalarına səs verməmələrini istəyib.


Türkiyə prezidentinin bu çağırışı Berlində kəskin narazılıqla qarşılanıb və Almaniyanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilib.

Qeyd edək ki, Almaniyada yaşayan 4 milyon türkün təqribən 720 min nəfəri seçki hüququna malikdir. Onların səsləri seçkilərdə həlledici amil olmasa da, türklərin Ərdoğanın çağırışına əməl etmələri partiyaların Bundestaqdakı say tərkibinə təsir göstərə bilər.

Məsələ ilə bağlı açıqlama verən politoloq Qabil Hüseynli iki ölkə arasındakı münasibətlərin gərginləşməsinin səbəblərindən danışıb:

“Almaniya ilə münasibətlər Türkiyə üçün çox vacibdir. İki ölkə arasındakı münasibətlərin gərginləşdirilməsinə xüsusi səbəb görmürəm. Almaniyada sağçı qüvvələrin fəallaşması da, münasibətlərin gərginləşməsində xüsusi rol oynayır. Vətəndaşların siyasi məsələlərdə alət kimi istifadəsi düzgün deyil”.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR