17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
SOCAR-ın keçmiş işçisinə prokuror 9 il 6 ay həbs cəzası istədi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Bənövşə Süleymanovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Emtv.az-ın virtualaz.org-a istinadən xəbərinə görə, prosesə hakim Şəkər Məmmədova sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək B.Süleymanovanın 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, Bənövşə Süleymanova Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi rəhbərinin təsərrüfat məsələləri üzrə katibəsi vəzifəsində çalışıb. O, vəzifə səlahiyyətlərindən istifadə edərək zərərçəkmiş Famil Şükürov, Aybəniz Xəlilova, İlham Paşayev və digərlərinin etibarından sui-istifadə edib, onları SOCAR-ın müxtəlif idarələrində işə düzəldəcəyini deyib və ümumilikdə, 100 min manata yaxın pullarını dələduzluq yolu ilə ələ keçirib.
Törətdiyi cinayət əməlinə görə Bənövşə Süleymanovaya Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən B.Süleymanova isə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, vətəndaşlardan aldığı pulları keçmiş həyat yoldaşı Elmar Paşayevə verdiyini deyib.
Emtv.az