18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
“Kopenhagen”in məşqçisi “Qarabağ”a məğlubiyyətə görə işindən kənarlaşdırılıb
Danimarkanın “Kopenhagen” futbol klubu baş məşqçi Stole Solbakkenin əsas köməkçisi Brian Priske ilə yollarını ayırıb.
Klubun rəsmi saytının verdiyi məlumata görə, 40 yaşlı mütəxəssislə bu ilin sonunadək qüvvədə olan müqaviləyə vaxtından əvvəl xitam verilib. Onu Yohan Lange əvəzləyib. Mikael Antonssona isə köməkçi-məşqçi vəzifəsi həvalə olunub.
Solbakken hazırkı vəziyyətdə ən düzgün qərarı verdiklərini bildirib. O, qərarın nəticələrlə yox, gündəlik məşqlərin məzmunu və Priskenin taktiki hazırlıqla bağlı qərarların qəbulunda öz üzərinə daha böyük məsuliyyət götürmək istəyi ilə əlaqədar qəbul olunduğunu açıqlayıb.
Lakin Danimarka mətbuatı məşqçilər heyətindəki dəyişikliyə Çempionlar Liqasında komandanın üzləşdiyi uğursuzluğu səbəb göstərib. “Kopenhagen” “pley-off” mərhələsində iki oyunun yekununda (0:1, 2:1) “Qarabağ”a uduzduqdan sonra mübarizəni Avropa Liqasında davam etdirəcək.
Qeyd edək ki, Mikael Antonsson həm də komandanın futbolçusudur. Brian Priske isə “Kopenhagen”də 2016-cı ildən çalışırdı.
Emtv.az