17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda bu il 8 min sərxoş sürücü tutuldu - Aralarında xanımlar da var
"Cari ilin əvvəlindən bu günə qədər 8 mindən çox sərxoş sürücü yol polisi tərəfindən saxlanılıb".
Emtv.az azvision.az-a istinadən bildirirki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib.
DYP rəsmisi bildirib ki, şəhərdə keçirilən reydlər zamanı xeyli sayda sərxoş sürücü aşkarlanıb:
"Sərxoş sürücülərə daha çox sutkanın qaranlıq vaxtında rast gəlinir. Ümumilikdə, sərxoş halda avtomobil idarə edənlər arasında xanımlar da olur".
V.Əsədov sürücülərin diqqətinə çatdırıb ki, içkili avtomobil idarə edən sürücü həm özü, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradır.
Qeyd edək ki, avtomobil idarə etmək hüququ olan şəxs ilk dəfə içkili halda saxlanılıdıqda 400 manat cərimə və ya 6 aydan 1 ilədək sürücülük hüququndan məhrum edilir. Əgər həmin şəxs cərimə olunduqdan sonra ikinci dəfə içkili halda saxlanılsa, 2 il müddətinə sürücülük hüququndan məhrum edilir. Bununla bərabər ya 400 manat cərimə olunur, ya da 15 günədək inzibati həbs olunur.
Emtv.az