SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Direktordan növbəti qalmaqallı açıqlama: - Mən nə almıram, nə də vermirəm"

29-08-2017, 14:07 | Oxunub: 8 428 |

Direktordan növbəti qalmaqallı açıqlama: - Mən nə almıram, nə də vermirəm"

Paytaxtın Maştağa qəsəbəsində fəaliyyət göstərən 187 saylı orta məktəbin direktoru Nailə Məmmədova jurnalisti təhqir etməsi ilə bağlı yayılan səs yazısına münasibət bildirib.

Emtv.az xəbər verir ki, N.Məmmədova ölkə.az-a açıqlamasında jurnalisti təhqir etmədiyini deyib: "Yazırlar ki, guya mən jurnalisti təhqir etmişəm. Bu doğru deyil. Biz məktəbdəyik. Məktəbdə də heç vaxt təhqiramiz sözlər olmur. Bizim jurnalistlərə hər zaman hörmətimiz var. Bu məsələ ilə bağlı da Bakı şəhər Təhsil İdarəsinə müraciət edin. Jurnalistlərin məktəb haqqında ittiham səsləndirməsi doğru deyil. Bizim məktəb Bakı şəhərində seçilən təhsil ocaqlarından biridir. Hazırda 6 məzunumuz 600-dən, 6 məzunumuz isə 500-dən yuxarı bal toplayıb. Bir sinifdə olan 20 şagirddən 16-sı ali məktəbə qəbul edilib. İki məzunumuz ADA Universitetinə qəbul olub. Bütövlükdə 60-dan yuxarı məzunumuz ali məktəblərə qəbul olunub. Bu qədər məzunlarımızın uğurlarına və məktəbimizə qısqanclıqla yanaşmağın nə mənası var? Olmazdımı ki, jurnalistlər məktəbimizin gözəl nailiyyətlərindən, uğurlardan yazardılar, biz də onlara "əhsən” deyərdik. Niyə görə bu qədər uğurlarımızı yazmırlar, ancaq başqa məsələlərdən yazırlar? Bütün bunlar doğru deyil. Mən çox istərdim ki, həmin jurnalist təhsilimizin, məktəbimizin uğurlarından yazardı”.

Direktor jurnalisti səsini icazəsiz yazmaqda da ittiham edib: "O jurnalistin ixtiyarı yoxdur ki, icazəm olmadan səsimi yazsın. Jurnalist mənə deməli idi ki, səsini yazıram. Digər tərəfdən isə biz o jurnalistlə məhkəmədə görüşəcəyik. Mən onu məhkəməyə verirəm. Artıq vəkilimə də xəbər vermişəm. O jurnalisti də təhqir etməmişəm, bunu səs yazımda da görə bilərsiniz. Ümumiyyətlə, mənim leksikomumda təhqiramiz sözlər yoxdur. Sadəcə olaraq jurnalistə demişəm ki, "axar.az”san, "axmayan azsan”, bilmirəm, ancaq ayıb olsun. Bundan başqa söz deməmişəm”.

N.Məmmədova sosial şəbəkələrdə onun Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin "adamı” olması barədə yayılan şərhlərə də münasibət bildirib: "Belə sözlər demək çox ayıbdır. Mən Adil Vəliyevin adamı deyiləm. Ümumiyyətlə, onun adını çəkməyin. O, bizim rayonun ağsaqqalıdır, ona böyük hörmətimiz var”.

Jurnalisti hədələməsi məsələsinə də toxunan N.Məmmədova bu ittihamlarla razılaşmadığını söyləyib: "Mən o jurnalisti hədələməmişəm. Sadəcə olaraq jurnalist məni hövsələdən çıxartmışdı. İstənilən adamı hövsələdən çıxardanda, nə isə deyilir. Gərək hər bir adamın mənliyi, şəxsiyyəti olsun. Həmin jurnalist bir neçə dəfə mənə zəng vurub deyildi ki, bura nümayəndə göndərəcəklər və sairə. Mən də ona dedim ki, bura zavod, fabrik deyil ki, nümayəndə göndərəsiniz. Bura məktəbdir. Yəni, bizim məktəbin təhsilində pul söhbəti ola bilməz. Mən nə almıram, nə də vermirəm. Eyni zamanda mən heç bir jurnalisti də qəbul etmirəm. Jurnalist yazanda dəqiq yazsın”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR