SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Çinlə Hindistan razılıq əldə etdilər - Asiyada nəhənglərin savaşı...

29-08-2017, 13:32 | Oxunub: 3 684 |

Çinlə Hindistan razılıq əldə etdilər - Asiyada nəhənglərin savaşı...

Təxminən 2 ay əvvəl Çinlə Hindistan arasında Doklam əyaləti ilə bağlı yaranmış gərginlik həllini tapıb.

Hindistanın Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, tərəflər münaqişəni dayandırmaq barəsində razılığa gəlib. Qərara görə, hər iki tərəfin sərhəd bölgəsinə cəlb etdiyi qoşunlar bölgədən geri çəkiləcək.

Qeyd edək ki, hər iki ölkənin iddia etdiyi bölgədə Çinin yol inşa etmək istəyi Hindistanın ciddi etirazına səbəb olub. Tərəflər arasında dəfələrlə silahlı insidentlər baş verib.

“Dehli-Pekin əlaqələrindəki gərginliyə böyük güclərin geosiyasi maraqları təkan verir”.

Bu sözləri açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.

“İki dövlər arasındakı gərginlik son zamanlar artma tendensiyasına köklənib. Hindistan BMT TŞ-nın (Təhlükəsizlik Şurası) daimi üzvü olmaq iddiasındadır. Çin Xalq Respublikası isə Təhlükəsizlik Şurasının daimi üzvüdür. İki dövlət arasındakı münasibətlərin gərginləşməsində daha böyük geosiyasi oyunçuların davranışı əsas rol oynayır. Məsələn, ABŞ G20 əvəzinə, beynəlxalq problemlərin həllində 2 fövqəldövlətin iştirakını nəzərdə tutan G2 qrupu yaradılmasını təklif edir. Yəni, böyük iyirmilikdən imtina edib böyük ikilik yaratmaq nəzərdə tutulur. Lakin Çin buna razılıq vermədi. Belə olan təqdirdə ABŞ Çin kimi güclü rəqibi həzm edə bilmir. ABŞ-Hindistan yaxınlaşması və ABŞ-ın Hindistanla əlaqələri genişləndirməsi Çinin imkanlarının məhdudlaşdırılması mənafeyinə xidmət edir. ABŞ 1998-ci ildə Pakistanla yanaşı Hindistanın da nüvə silahına malik olması ilə bağlı məlumata elə də ciddi yanaşmadı və Hindistanın ünvanına sadəcə olaraq sərt bəyanatlar səsləndirdi. Bu isə Hindistana istinadla Çinin zəiflədilməsinə hesablanmış bir addım idi”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR