Təhsilimizin həll olunmayan problemi.... - 1-ci sinfə şagird qəbulu
29-08-2017, 13:21 | Oxunub: 9 354 |
Dərs ilinin başlamasına iki həftədən az bir vaxt qala valideynlər məktəblərin birinci sinfə gedəcək şagirdləri qəbul etməməsindən şikayətlənir.Məktəblər valideynlərə boş yerlərinin qalmadıqlarını, yaxud öncədən qeydiyyatdan keçmədiklərini bildirirlər. Hətta, bəzi özəl təhsil müəsisələri imatahandan keçə bilmədiyi üçün birinci sinfə getmək istəyən şagirdi qəbul etmir.Məsələyə münasibət bildirən milltə vəkili Fazil Mustafa bildirir ki, valideyn uşağını məktəbə qoymaq üçün niyə dağa-daşa düşməlidir:“Birinci sinfə gedən uşaq, ümumiyyətlə niyə sınaq imtahanından və ya müsabiqəsindən keçməlidir?! Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsi var. Yazılır ki, dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir! Buyurun, uşaq evinə yaxın məktəbdə oxumaq istəyir, məktəb qəbul etmir. Əslində, biz dövlət olaraq cəhalətdən, kriminaldan qurtulmaq üçün vətəndaşa yalvarıb övladını məktəbə cəlb etmək əvəzinə, vətəndaş yalvarır ki, mənim uşağımı məktəbə götürün! Valideynlərin tək çıxış yolu var: Evinizə yaxın köşkdən Azərbaycan Respublikasının Konstitusuyası yazılmış kitabçanı alıb onun 42-ci maddəsinin altından xətt çəkin və sizin uşağı məktəbə götürə bilmərik deyilən kimi istənilən vəzifəli şəxsi bu maddəni oxumağa məcbur edin! Yenə də bir nəticə ortaya çıxmasa, dərhal məhkəməyə müraciət edin. Narahat olmayın, məhkəmə mütləq xeyrinizə qərar çıxaracaq. Çünki əks halda Konstitusiya pozulmuş olacaq."Təhsil üzrə ekspert Əjdər Ağayev isə bildirir ki, məktəb şagirdi qəbul etməlidir:"Məktəbdə yer yoxdursa, ikinci bir sinif yaradılmalı və bununla bağlı şəhər təhsil şöbəsinə bidirməlidir. Paytaxtda bu cür hallarla qarşılaşan valideynlər Bakı Şəhər Təhsil İdarəsinə müraciət etməlidir. Bakı şəhər təhsil idarəsində bununla bağlı şöbələr var".Emtv.az
OXŞAR XƏBƏRLƏR