Binaların zəlzələyə davamlılığı - Qanun nə deyir?
29-08-2017, 13:18 | Oxunub: 6 927 |
2000-ci ildə ölkədə baş verən güclü zəlzələ göstərdi ki, Azərbaycan seysmoloji zonada yerləşir və hər an bu cür arzuolunmaz hadisələr baş verə bilər.Tikintinin sürətləndiyi bir vaxtda dayanıqsız, arxitektur tələblərə cavab verməyən binaların tikilməsi zəlzələ ilə bağlı ciddi təhlükə yaradır.Bəs, görəsən yaşadığımız evlər zəlzələdən nə dərəcədə sığortalanıb? Paytaxtda durmadan inşa edilən çoxmərtəbəli binalar neçə bal zəlzələyə davamlıdır?“Bakının müxtəlif ərazilərində 9 ballıq seysmik təhlükə mövcuddur”. Emtv.az xəbər verir ki, bunu metbuat.az-a açıqlamasında Seysmoloji Xidmət Mərkəzi, seysmoloji şöbənin müdiri Tahir Məmmədli deyib.
“Bina tikən sahibkarlar tərəfindən dəvət olunan geoloqlar geoloji tədqiqat işləri aparır. Geoloqlar quyu qazaraq oradan müxtəlif geoloji, hidroloji nümunələr götürür. Hesabat hazırlayaraq Seysmoloji Xidmət Mərkəzinə təqdim edirlər. Seysmoloji Xidmət Mərkəzi həmin geoloji hesabatın və digər seysmoloji, tektonik və s. məlumatlar əsasında tədqiqat işləri aparır. Həmin bina tikilən sahədə maksimum neçə bal zəlzələnin ola biləcəyi təyin edilir. Bina seysmik təhlükəyə uyğun şəkildə tikilməlidir. Bakı şəhəri 8 ballıq zonada yerləşirsə, orada həm hidroloji, həm geoloji şəraiti nəzərə alaraq artma-azalma da ola bilər. Məsələn, Bakıda seysmik təhlükə 8 bal gücündə qiymətləndirilirsə, ayrı-ayrı yerlərdə hidrogeoloji məlumatlar əsasında müəyyən edilir ki, burada zəlzələ zamanı qurunt şəraitindən asılı olaraq 1 bal arta, azala bilər. Bakı şəhərində elə yerlər var ki, 9 bala qədər yüksələ bilər. Bunu biz təyin edib veririk, tikintini isə şirkət aparır. Fövqəladə Hallar Nazirliyi bu işlərə nəzarət edir”.Emtv.az
OXŞAR XƏBƏRLƏR