SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Prezident İlham Əliyev yeni təyyarə ilə tanış olub - FOTOLAR

25-08-2017, 12:15 | Oxunub: 11 450 |

Prezident İlham Əliyev yeni təyyarə ilə tanış olub - FOTOLAR

Avqustun 25-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-nin nəzdində yaradılan “Buta Airways” aviaşirkətinin Bakıya gətirilən ilk “Embraer 190” təyyarəsi ilə tanış olub.

Azərbaycanda turizmin inkişaf etdirilməsi dövlətin əsas prioritet sahələrindən biridir. Prezident İlham Əliyevin tapşırığı ilə ölkədə turizm obyektlərinin yaradılması ilə yanaşı, nəqliyyat infrastrukturunun müasir səviyyədə yenidən qurulması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. “Buta Airways” aviaşirkətinin lou-kosterinin yaradılması da dövlətimizin başçısının Nazirlər Kabinetinin iclasında aviabiletlərin qiymətinin aşağı salınması ilə bağlı verdiyi müvafiq tapşırığına əsasən görülən işlərdəndir.

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov “Buta Airways” aviaşirkətinin yeni “Embraer 190” təyyarəsi barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, ekonom sinif modifikasiyalı bu təyyarə 106 sərnişin tutumuna malikdir. “Buta Airways” ən çox tələb olunan istiqamətlərə uçuşlar yerinə yetirəcək. Sentyabrın 1-dən etibarən Bakıdan Moskva, Kiyev, Antalya, Kazan, Mineralnıye Vodı, Tbilisi və Tehrana, oktyabrın 29-dan isə tətbiq ediləcək qış uçuş cədvəlinin başlamasıyla Bakıdan İstanbula və Sankt-Peterburqa, eləcə də Gəncədən Moskvaya uçuşlar olacaq. Bütün istiqamətlər üzrə minimal tarif bir tərəfə 29 avro təşkil edir. “Buta Airways” tipik lou-koster sxemi üzrə fəaliyyət göstərir və baqajın daşınması, təyyarədə isti yeməklər, yer seçimi və digər xidmətlər əlavə ödəniş müqabilində təklif ediləcək.

Yaxın günlərdə şirkətin daha bir yeni “Embraer 190” təyyarəsinin Bakıya gətirilməsi nəzərdə tutulur. Ümumilikdə isə aviaşirkətin hava gəmiləri parkındakı “Embraer-190” təyyarələrinin sayı 8-ə çatdırılacaq. Bu layihənin icra edilməsi ölkə vətəndaşlarının daha ucuz qiymətə dünyanın müxtəlif şəhərlərinə səyahət etməsinə imkan yaratmaqla yanaşı, Azərbaycana turist axının artmasına da əhəmiyyətli dərəcədə təsir göstərəcək.
Prezident İlham Əliyev yeni təyyarə ilə tanış olub - FOTOLAR

Prezident İlham Əliyev yeni təyyarə ilə tanış olub - FOTOLAR

Prezident İlham Əliyev yeni təyyarə ilə tanış olub - FOTOLAR

Prezident İlham Əliyev yeni təyyarə ilə tanış olub - FOTOLAR

Prezident İlham Əliyev yeni təyyarə ilə tanış olub - FOTOLAR

Prezident İlham Əliyev yeni təyyarə ilə tanış olub - FOTOLAR

Prezident İlham Əliyev yeni təyyarə ilə tanış olub - FOTOLAR


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR