SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

NAXÇIVANIN “BOZ KARDİNALI” DA “VURULUR”!? – Vasif Talıbovdan sonra ən təsirli fiqur ətrafında nə baş verir?

24-08-2017, 14:20 | Oxunub: 7 202 |

NAXÇIVANIN “BOZ KARDİNALI” DA “VURULUR”!? – Vasif Talıbovdan sonra ən təsirli fiqur ətrafında nə baş verir?

Naxçıvan hakim elitasında xüsusi xidmət naziri Vəli Ələsgərovun işdən çıxarılması və daha sonra həbsi ilə başlayan “fırtına”, belə görünür ki, hələ bir müddət də davam edəcək. Bu dalğa MR elitasının, demək olar ki, bütün ağır çəkili fiqurlarını bu və ya digər dərəcədə “yerindən tərpədib”. Məlum olduğu kimi, xüsusi xidmət nazirinin ardınca Naxçıvan hakimiyyətində xüsusi çəkisi ilə fərqlənən polis naziri Əhməd Əhmədov da bugünlərdə vəzifəsini itirdi. Əldə olunan məlumatların təhlili isə bu qənaətə gəlməyə əsas yaradır ki, Naxçıvan hakim dairələrində səs-küylü, gözlənilməz “vurulmalar” hələ bundan sonra da davam edəcək.

Emtv.az xəbər verir ki, MR-daki etibarlı mənbələrdən yerli mətbuata daxil olan məlumata görə, son vaxtlar MR rəhbərliyində Ali Məclisin sədri Vasif Talıbovdan sonra ən təsirli fiqur, belə demək olarsa, Naxçıvanın “boz kardinalı” Azər Zeynalov da çətin günlər yaşayır.

AZƏR ZEYNALOV KİMDİR?
NAXÇIVANIN “BOZ KARDİNALI” DA “VURULUR”!? – Vasif Talıbovdan sonra ən təsirli fiqur ətrafında nə baş verir?

1970-ci ildə Şərur rayonunda müəllim ailəsində anadan olan A.Zeynalov, son iki çağırışda MR Ali Məclisinə deputat və Ali Məclis sədrinin birinci müavini seçilib. Bundan əvvəl o, Naxçıvan Dəmir Yolu İdarəsinin rəis müavini olub. A.Zeynalovun karyerasında sürətli yüksəlişin – qısa müddətdə MR hakimiyyətində əsas söz sahiblərindən birinə çevrilməsinin “sirri” bilinmir. Bununla bağlı müxtəlif versiyalar var. Hətta bu versiyalardan birinə görə, A.Zeynalov MR-də geniş vüsət alan iməcliklərdə (!) fərqləndiyinə görə illər əvvəl cənab Talıbovun diqqətini çəkə bilib. Bu versiya bir qədər fantastik görüsə də, fakt budur ki, A.Zeynalov bir neçə ildir Ali Məclis sədrinin birinci müavini vəzifəsini tutur və bir çox məsələlərdə, məsələn, kadrların seçilməsi işində əsas söz sahiblərindən biridir. A.Zeynalov Ali Məclisin sədri ilə məmur təbəqəsi arasında körpü olub - deyilənə görə hətta bir çox nazirlər belə MR rəhbəri ilə məhz A.Zeynalovun vasitəsilə ünsiyyət qura bilir. Üstəlik, A.Zeynalov MR rəhbərinin ən etibarlı məlumat mənbələrindən biri olub. O, bir sözü ilə kimlərinsə karyerasının, hətta taleyinin üzərindən çarpaz xətt çəkə, bir sözü ilə kimlərisə yüksəldə bilib.

Lakin deyəsən son 2 ildə MR elitasında baş verən müəmmalı və anlaşılmaz proseslər Azər Zeynalovun da ətrafında cərəyan etməyə başlayıb. Məlumata görə, son vaxtlar A.Zeynalov da ciddi etibar itkisinə məruz qalıb və bir çox rəsmi, qeyri-rəsmi səlahiyyətləri əlindən alınıb. Birinci müavinin yüksək etibardan sui-istifadə etdiyinə dair əsaslı şübhələr baş qaldırıb. Hətta onun əleyhinə konkret ifadə verənlərin olduğu da bildirilir. Təsadüfi deyil ki, A.Zeynalovun 2 qardaşı bu yaxınlarda tutduqları vəzifələrdən uzaqlaşdırılıblar. Onlardan birinin – Naxçıvan Hava Limanı rəisinin müavini olan Ceyhun Zeynalovun işdən çıxarılması iclasda öz rəisinə stul tullaması ilə əlaqələndirilsə də, heç şübhə yoxdur ki, “Boz kardinal”ın mövqeləri laxlamasa, onun qardaşını belə xırda məsələyə görə vəzifəsindən qovmazdılar.

Onu da qeyd edək ki, azpolitika.info daha sonra bildirir ki, Naxçıvan hakim elitasının az qala yarısını XƏYANƏTDƏ ittiham edirlər! Kim, kimə və necə xəyanət edib – bu suala dolğun cavab vermək çətindir…

Rasim ƏLİYEV

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR