SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

İlham Əliyev yeni səfirin etimadnaməsini QƏBUL ETDİ- YENİLƏNİB

24-08-2017, 13:53 | Oxunub: 7 707 |

İlham Əliyev yeni səfirin etimadnaməsini QƏBUL ETDİ- YENİLƏNİB

Prezident İlham Əliyev avqustun 24-də İtaliyanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarinin etimadnaməsini qəbul edib.

Emtv.az xəbər verir ki, səfir Auqusto Massari fəxri qarovul dəstəsinin qarşısından keçib.

Auqusto Massari etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycan ilə İtaliya arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən dövlət başçısı iki ölkənin bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə tərəfdaş olduğunu qeyd edib. Prezident İlham Əliyev 2014-cü ildə Roma şəhərində qəbul olunan iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əlaqələrimizin səviyyəsini əks etdirdiyini bildirib, bunu, əməkdaşlığın ən yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirib. Bununla belə, dövlət başçısı tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün bir çox imkanların mövcud olduğunu qeyd edib. İki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev "Cənub Qaz Dəhlizi” layihəsi üzrə də işlərin uğurla davam etdirildiyini bildirib. Əməkdaşlığımızda balansın gözlənilməsi, həmçinin ticarət dövriyyəsinin daha da artırılması üçün iqtisadi əməkdaşlığın şaxələndirilməsinin vacibliyini qeyd edən dövlət başçısı buna təkcə neft təchizatının artırılması yolu ilə deyil, ticarət əlaqələrini daha da inkişaf etdirməklə nail olmağın əhəmiyyətini vurğulayıb. Azərbaycanda çoxlu sayda İtaliya şirkətlərinin müxtəlif sahələr üzrə fəaliyyət göstərdiklərini deyən dövlət başçısı ölkəmizdə investor şirkətlərin sayının artırılması üçün də yaxşı imkanların mövcud olduğunu bildirib, bunun hər iki istiqamət üzrə ixrac məhsullarının həcminin artırılmasına xidmət edəcəyini vurğulayıb. Prezident İlham Əliyev səfirə Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.

İtaliya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən səfir Auqusto Massari bunu artıq ölkəmizə gəldiyi bir neçə gün ərzində hiss etdiyini, burada çoxlu sayda italyanlar və italyan brendləri gördüyünü vurğulayıb. Auqusto Massari Azərbaycanda müşahidə olunan sabitlik, dini tolerantlıq və multikulturalizm mühitinin ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını qeyd edib. Azərbaycan ilə əlaqələrin 2014-cü ildə Romada qəbul edilən strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əsasında daha da inkişaf etdirilməsinin İtaliya hökuməti üçün mühüm əhəmiyyət daşıdığını bildirən səfir Auqusto Massari əməkdaşlığımızın müxtəlif istiqamətlərdə daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq Sazişi ilə bağlı aparılan danışıqlara İtaliya tərəfinin dəstəyinin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı iki ölkə arasında iqtisadi, kosmik sənaye, infrastruktur layihələri, kənd təsərrüfatı, ticarət, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yüksək potensialın olduğu qeyd edilib.

10:24

Prezident İlham Əliyev avqustun 24-də İtaliyanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarinin etimadnaməsini qəbul edib.

Emtv.az bildirir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR