SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bakıdakı tozlu hava: Baş gicəllənməsi, halsızlıq... - HƏKİM RƏYİ

24-08-2017, 12:40 | Oxunub: 13 860 |

Bakıdakı tozlu hava: Baş gicəllənməsi, halsızlıq... - HƏKİM RƏYİ
Bakıda müşahidə olunan toz dumanı Türkmənistan ərazisindən daxil olan tozlu küləklə bağlıdır və analizlərin nəticəsinə əsasən, havada tozun həcmi sanitar normadan 20 faiz artıqdır.

Hava şəraiti insan orqanizminə fəsadsız ötüşməyib. İnsanlarda baş gicəllənməsi, qıcıqlanma, halsızlıq kimi əlamətlər özünü büruzə verib.

Toz dumanı insan orqanizmində hansı fəsadlara yol aça bilər?

Tibbi ekspert Adil Qeybulla bildirib ki, havada olan tozun radiaktivliyinə əsasən təhlükə barədə düşünmək olar. Belə ki, toz radiaktiv deyilsə, ətraf üçün təhlükəli deyil. Tozlu hava nəfəs yollarını qıcıqlandıra, orqanizm üçün fəsadlara gətirib çıxara bilər. “Toz-duman qatı xüsusilə, astma xəstəliyi və allergiyası olan insanlarda problemlər yaradır. Gözlərində yaz kataraktası olan insanlara bu cür hava pis təsir edir. Toz hissəcikləri dəridə allergik reaksiyalar da yarada bilər. Tənəffüs yollarında problemi olan insanlar üçün belə hava daha təhlükəlidir. Hamilə qadınlara və uşaqlara da bu cür hava mənfi təsir edir”.

Həkim əlavə edib ki, toz qatının ağciyər xərçənginə səbəb olduğu da deyilir. Bunun üçün də tozun tərkibində hansısa radioaktiv elementlərin, yaxud digər konserogen maddələrin olub-olmadığı müəyyən edilməli, radiasiya fonu öyrənilməlidir.

Adil Qeybulla qeyd edib ki, insanlar yaxşı olar ki, belə havalarda bayırda maskayla gəzsinlər. Evin pəncərələrini bağlı saxlasınlar. Kondisionerlər filterli olduğu üçün onlardan istifadə etmək olar. Bu dövrdə insan orqanizminin, eləcə də heyvanların bu tozla təması nə qədər az olsa, tozun zərərverici təsiri də az olar.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR