SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“Mən də sizi çox istəyirəm” - Prezidentin sakinlərlə səmimi dialoqu

21-08-2017, 15:42 | Oxunub: 11 513 |

“Mən də sizi çox istəyirəm” - Prezidentin sakinlərlə səmimi dialoqu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialının açılışında iştirak edib.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, filialda yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xalçaçılarla görüşüb.

İlhamə MƏMMƏDOVA: Cənab Prezident, Siz Horadizdə xalça fabrikinin açılışını edəndə evdə baxıb deyirdim ki, kaş bizim də rayonumuzda belə bir müəssisə açılardı. Mən bunu çox arzulayırdım. Xalçaçılıq sənətini çox sevirəm. Hər dəfə hana arxasında əyləyib xalça toxuyarkən Sizə dua edirəm, ilk növbədə ona görə ki, öz sevimli peşəmə qovuşmuşam.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Onu da qeyd etməliyəm ki, qonşu rayonlarda da xalça fabriklərinin açılışı nəzərdə tutulur.

"Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi MURADOV: Cənab Prezident, Tovuz, Ağstafa və Qazaxda da bu ilin sonuna qədər fabriklərin açılması nəzərdə tutulur. O rayonların toxucuları da burada hazırlıq kursu keçirlər, biz həm də onları işə götürmüşük. Fabriklər hazır olandan sonra həmin üç rayonda 450 nəfər işlə təmin olunacaq.

Prezident İlham ƏLİYEV: Bu zonanın xalçaçılıq sənəti çox zəngindir, qədim ənənələri var.

Xalçaçı Zəminə İSGƏNDƏROVA dedi:

-Xoş gəlmisiniz, cənab Prezident. Bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur. Həm Sizi görməyi, Sizinlə söhbət etməyi Allah bizə qismət etdi. Həm də bizə belə gözəl iş yerləri yaratdığınıza görə Sizə minnətdarıq. Sizə kollektivimiz adından təşəkkür edirik.

Mən Şəmkir rayonunun Tatarlı kəndindənəm. Bu sənəti çox sevirəm. Nənəmizdən, anamızdan görüb-götürdüyümüz bir sənətdir. Bu sənəti qızıma da öyrədirəm. Biz nənələrimizin davamçılarıyıq, qızlarımız da bizim davamçılarımız olacaqlar. Cənab Prezident, sizə çox minnətdarıq. Biz Sizi çox istəyirik.


Prezident İlham ƏLİYEV: Sağ olun. Mən də sizi çox istəyirəm.

Xalçaçı Solmaz CƏLİLOVA dedi:

-Cənab Prezident, mənim birinci arzum odur ki, Allah Sizə uzun ömür, möhkəm cansağlığı versin. Çox sevinirik. Biz Sizinlə fəxr edirik. Bizə yaratdığınız bu şəraitə görə çox sevinirik.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Mən sizdən çox sevinirəm.

Solmaz CƏLİLOVA: İki şəhid bacısı, iki veteran anası kimi mənim ikinci arzum odur ki, işğal altındakı torpaqlarımız tezliklə azad olunsun, Cocuq Mərcanlı kimi abadlaşsın, gözəlləşsin. Sizə böyük nailiyyətlər, xoş günlər, əsas nemət olan cansağlığı arzulayıram.

Prezident İlham ƏLİYEV: Sağ olun.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR