SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Qazımız ola-ola xaricdən niyə qaz alırıq?

21-08-2017, 15:38 | Oxunub: 9 118 |

Qazımız ola-ola xaricdən niyə qaz alırıq?

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) növbəti illərdə qaz hasilatını artırmağı planlaşdırır.

Emtv.az report-a istinadən xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev "Reuters” agentliyinə müsahibəsində bildirib.
SOCAR prezidenti qeyd edib ki, daxildə təbii qaz tələbatı yerli hasilat hesabına tam ödənilsə də, təbii qazın ucuz olduğu yay aylarında xaricdən qaz alınması məqsədəuyğundur:


"Buna görə də qaz anbarlarımızın kommersiya imkanlarından tam yararlanmaq üçün İran vasitəsi ilə Türkmən qazını yay aylarında ucuz qiymətə alır, qış aylarında isə daha sərfəli qiymətlə ixrac edirik. Bununla da, ölkəmizə əlavə dəyər qazandırırıq.”

R. Abdullayev bildirib ki, bir neçə qaz yatağında hasilata başlanması planlaşdırılır.


Onun sözlərinə görə, 2019-cu ildə "Abşeron” yatağının I fazasından 1,5 mlrd. kubmetr qaz, 2022-2023-cü ildə isə II fazadan 5 mlrd. kubmetr qaz hasilatı nəzərdə tutulur: "Bununla yanaşı, yaxın 3-5 il ərzində SOCAR "Ümid” yatağında iki yeni stasionar dəniz özülünün tikintisini və bu özüllərdən ən azı 8 yeni yüksək hasilatlı quyunun qazılmasını planlaşdırır”.

"SOCAR 2018-ci ilin ikinci yarısında "Babək” strukturunda kəşfiyyat qazmasına başlamağı planlaşdırır. Bütün bunlar sayəsində, növbəti illərdə həm daxili, həm də xarici bazarda satdığımız təbii qazın həcmi ciddi şəkildə artacaq”,-SOCAR prezidenti müsahibəsində qeyd edib.

R. Abdullayev Azərbaycanın OPEC qarşısındakı öhdəliyindən də danışaraq qeyd eidb ki, OPEC ölkələrinin neft hasilatının azaldılması ilə bağlı qərarını Azərbaycan da dəstəkləyir və biz bu istiqamətdə üzərimizə götürdüyümüz öhdəlikləri indiyə qədər yerinə yetirmişik: "Baxmayaraq ki, bizim neft hasilatımız buna görə cüzi azalıb, amma neft qiymətlərinin yüksəlməsi fonunda satışlardan əldə etdiyimiz gəlir artıb. Azərbaycanın bizim əsas hədəfi milli sərvətimiz olan neftin dəyərindən aşağı qiymətə satılmasının qarşısını almaqdır. Nəticə olaraq, bizim hasilatımız bir qədər azalsa da, neft gəlirlərimiz artıb. Bu da bizim bu istiqamətdə doğru qərar verdiyimizi göstərir”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR