SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Dünyanın aparıcı iki audit şirkəti böyük məbləğdə cərimələndi

17-08-2017, 10:08 | Oxunub: 7 995 |

Dünyanın aparıcı iki audit şirkəti böyük məbləğdə cərimələndi
Dünyanın aparıcı 4 audit şirkətindən ikisi KPMG və PwC müstəqil nəzarəti həyata keçirərkən yol verdikləri nöqsanlara görə cərimələnib.

Rusiya KİV xəbər verir ki, KPMG 2011-ci ildə neft-qaz şirkəti olan “Miller Energy Resources”in auditini keyfiyyətsiz apardığına görə ABŞ-ın qiymətli kağızlar və birjalar üzrə komissiyası tərəfindən 6,2 mln. dollar (4,8 mln. funt sterlinq) məbləğində cərimələnib. Məlumata görə, KPMG “Miller Energy Resources”in bəzi aktivlərinin dəyərinin 100 dəfə şişirdilməsi faktına diqqət yetirməməkdə günahlandırılır.

Bundan başqa, Böyük Britaniyanın Maliyyə Hesabatlılığı Şurası 2011-ci ildə “RSM Tenon Group”da apardığı audit zamanı yol verdiyi nöqsana görə “PricewaterhouseCoopers”i (PwC) cərimələyib. PwC-nin bonus ödənişləri, istehsalın tam yerinə yetirilməməsinə görə müqavilədə nəzərdə tutulan kompensasiya məbləğinin qeydiyyatının müəyyən aspektləri, icarə ödənişlərinin qeydiyyatı, müəssisənin kapitalının təmininin qiymətləndirilməsində nöqsanlara yol verib. PwC şirkəti həyata keçirilmiş auditin peşəkar standartlara uyğun olmadığını qəbul edib.


Qeyd edək ki, qərara əsasən, PwC 5,1 mln. funt sterlinq məbləğində cərimə ödəməlidir. “Bloomberg” agentliyinin məlumatına görə, bu, nizamlayıcının fəaliyyəti dövründə qeydə alınmış ən iri cərimədir. Qeyd edək ki, PwC Böyük Britaniyanın Maliyyə Hesabatlılığı Şurasının xərclərini örtmək üçün 500 min funt sterlinq ödəməlidir.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR