SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bakıda kişi sevdiyi qadını qısqandığına görə həbs etdirib

16-08-2017, 13:49 | Oxunub: 5 933 |

Bakıda kişi sevdiyi qadını qısqandığına görə həbs etdirib
Bakıda dələduzluqda təqsirləndirilərək həbs edilən qadın azadlığa buraxılıb.

Emtv.az xəbər verir ki, bu barədə Trend-ə vəkil Adəm Məmmədov məlumat verib.

Vəkil bildirib ki, təqsirləndirilən şəxs Tamilla Eyyubova Cinayət Məcəlləsinin 178.3.2-ci (küllü miqdarda dələduzluq) maddəsilə ittiham olunaraq Nərimanov rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.

Qadın zərərçəkmiş Elman Cəfərovun şikayəti əsasında saxlanılıb. Təqsirləndirilən şəxs 280 min dolları ələ keçirməkdə ittiham olunub. T.Eyyubova 9 ay həbsdə saxlanılandan sonra azadlığa buraxılıb. İstintaqın gedişatında ittihamın əsassız olduğu aşkarlanıb, qadının şərləndiyi müəyyən edilib.

“Guya Elman Cəfərovun 280 min ABŞ dollarını ələ keçirməyə görə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdi. Tamilla Eyyubova 9 ay həbsdə qalmasına baxmayaraq, həbsdən azad edilərək cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə nail oldum. Hər iki şəxsin Gürcüstan Respublikasında şərikli hotel işlətmələri müəyyən edilib. Şərikli fəaliyyət zamanı müflis olublar. Yəni yatırım etdikləri pullara görə qazanc əldə edə bilməyərək, əsas məbləği belə qaytara bilməyiblər”, – vəkil bildirib.

“Ən maraqlısı, zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs arasında aparılan üzləşdirmə istintaq hərəkəti zamanı Elmanın hüquqlarını müdafiə etdiyim şəxs Tamillanı hələ sevdiyini öz ifadəsində bildirməsidir. Elmana sual veriləndə ki, nə üçün sevdiyin qadını tutdurmusan, bunu əsəbiləşərək etdiyini deyib. İstintaq materiallarından da müəyyən olunur ki, Elman Tamillanı sevdiyinə görə və sonuncunun ölkəni tərk edib getməməsi üçün onu qısqanclıq zəminində həbs etdirib. Hazırda da Elman hüquqlarını müdafiə etdiyim şəxsə sevgi mesajları yazmaqda davam edir”, – deyə vəkil əlavə edib.

T.Eyyubova həbsdən azad edilərək barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR