SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Telman İsmayılovun milyardlıq oteli "Mardan Palace" BAĞLANDI? - FOTO

16-08-2017, 13:20 | Oxunub: 11 864 |

Telman İsmayılovun milyardlıq oteli "Mardan Palace" BAĞLANDI? - FOTO

Antalyada Azərbaycan əsilli rus milyarder Telman İsmayılov tərəfindən 2009-cu ildə 1,4 milyard dollara tikilən və “World Travel Awards” tərəfindən 2010-cu ildə “Dünyanın ən lüks oteli” seçilən “Mardan Palace Hotel” borcları üzündən çətin dövrlərini yaşayır.

Banka borcları üzündən icraata götürülən otel rezervasiyaları dayandırıb. Vaxtilə açılışında Şeron Stoun, Riçard Gir, Paris Hilton, Maria Keri, Monika Belluçi kimi ulduzların iştirak etdiyi “Mardan Palace Hotel”də rezervasiya etmək istəyən müştərilərinə otelin bağlı olduğu məlumatı verilib.

Otelin baş direktoru Selçuk Şentepe deyib ki, otel bağlı olduğu üçün rezervasiya alınmır. Lakin bu otelin tamamilə qapadıldığı mənasını vermir.

“Mən bu an da oteldəyəm və otel fəaliyyətdədir. Otelin baş direktoruyam, otelin işçisiyəm. Təbii ki, probelmlərimiz var, amma otel bağlanmayıb. Açıq qalacaq, bağlanmayacaq. Çünki biz turizm tarixinin ən yaxşı otellerindən biriyik. Bəli, problemlərimiz var, amma keçicidir, heç bir zaman oteli bağlamağı düşünmürük” – Selçuk Şentepe belə deyib.

Otel direktoru otel personalının bir hissəsinin işdən çıxdığını, amma 670 nəfərin hələ də işlədiyini bildirib.

Telman İsmayılovun “AST 1989 Group”a məxsus Mardan Palace oteli 180 min kvadrat metr əraziyə malikdir. Otelin tikintisi üçün 10 min kvadrat metr qızıl, 500 min kristal istifadə edilərək inşa edilən otelin dizaynında İstanbulun tarixi abidələrindən ilhamlanıb.
Telman İsmayılovun milyardlıq oteli "Mardan Palace" BAĞLANDI? - FOTO


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR