18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Cüdoçularımızın dünya reytinqi açıqlanıb
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Emtv.az saytının məlumatına görə, dünya çempionatı ərəfəsində müəyyənləşən siyahını Azərbaycan yığmasının aparıcı üzvləri üçün uğurlu saymaq mümkündü.
Belə ki, cüdoçularımızdan Rüfət İsmayılovla (81 kq) Tural Səfquliyev (90 kq) 3, Nəzakət Əzizova (52 kq) 2, Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov (73 kq) və Aişə Qurbanlı (48 kq) 1 pillə irəliləyiblər. Onlar yeni cədvəldə müvafiq olaraq, 17-ci, 13-cü, 56-cı, 7-ci, 5-ci və 35-ci yerdədi.
Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Rüstəm Orucov (73 kq), Elxan Məmmədov (100 kq) və İrina Kindzerska (+78) isə mövqelərini qoruyublar. Bu cüdoçular müvafiq olaraq, yenə 6-cı, 42-ci, 2-ci, 3-cü və 18-cidi.
Onlardan fəqrqli, Elmar Qasımovla (100 kq) Uşanqi Kokauri (+100 kq) 1 və Məmmədəli Mehdiyev (90 kq) 2 rəqibini özündən irəli buraxıb. Bu idmançılara gəlincə, Qasımov 5-ci, Kokauri 21-ci və Mehdiyev 16-cı yerə enib.
Emtv.az