SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Nazirin hədələdiyi idmançılarımızdan qələbə: Azad Rəhimova zərbə

11-08-2017, 15:06 | Oxunub: 8 859 |

Nazirin hədələdiyi idmançılarımızdan qələbə: Azad Rəhimova zərbə
Xəbər verdiyimiz kimi, Türkiyəni təmsil edən azərbaycanlı Ramil Quliyev Londonda keçirilən dünya çempionatında qızıl medal qazanıb. 200 metrdə dünya çempionu olan Ramil Quliyev çiyninə Azərbaycan bayrağı atıb və bütün dünyaya Azərbaycanlı olduğunu nümayiş etdirib.

Bəs Ramil Quliyev Azərbaycanı bu yarışda niyə təmsil etmədi?

Ölkə başçısı İlham Əliyevin bütün sahələrdə olduğu kimi, idman sahəsinə böyük diqqət yetirir. Amma təəssüflər olsun ki, prezident İlham Əliyevin qayğısı ilə Azərbaycanda dünya səviyyəli idmançıların yetişməsinə baxmayaraq, bəzi idmançılarımız bu sahəyə nəzarət edən məmurlar tərəfindən narazı salınır.

Narazı yola salınan idmançılardan da biri Ramil Quliyevdir. R.Quliyev Azərbaycanı təmsil etdiyi idman sahəsində dəfələrlə təmsil etsə də, ona verilən qonarar idmançımızı heç də razı salmayıb.

Nazirin hədələdiyi idmançılarımızdan qələbə: Azad Rəhimova zərbə

Ramil Quliyev 100 və 200 metrlik yarışlarında göstərdiyi nəticələrlə diqqətləri üzərinə çəkərkən Azərbaycan adına mübarizə aparırdı.

Bakıda doğulmuş atleti atası Eldar Quliyev məşq etdirirdi. Lakin Eldar Quliyevin 2010-cu ildə ürək tutması səbəbilə vəfatından sonra Ramil Quliyev yaşadığı acı və xəsarətlə əlaqədar İspaniyanın Barcelona şəhərində keçirilən Avropa Atletika Çempionatında iştirak etməmək qərarına gəlir.

2010-ci ildə Quliyev Fenerbahçe ilə müqavilə imzalayaraq İstanbula yerləşir. 2011-ci ildə isə o, Türkiyə vətəndaşlığı alır.

İdmançımızın bu qərarı isə Gənclər və idman naziri Azad Rəhimov tərəfindən heç də birmənalı qarşılanmır. Nazir idmançını mövcud beynəlxalq qaydalara əsasən, qarşıdakı 3-4 il ərzində başqa ölkənin bayrağı altında çıxış edə bilməyəcəyi ilə hədələyir.
Nazirin hədələdiyi idmançılarımızdan qələbə: Azad Rəhimova zərbə


Nazirdən sitat:

"Ola bilsin, Quliyevə ABŞ-da, İtaliyada və ya İsveçrədə də yüksək şərait yaradıla bilər. Onu şəraitini müqayisə etmək üçün göndərməmişik. Azərbaycanda idmana böyük diqqət, dəstək var. Dünyada heç kim Quliyevin adını eşitməmişdi. O, idmançı kimi Azərbaycanda formalaşıb, Azərbaycanın çörəyini yeyib, Azərbaycanın suyunu içib. Bu səbəbdən, Quliyev Azərbaycan yığmasının tərkibində çıxış etməlidir. İstəmirsə, mövcud beynəlxalq qaydalara əsasən, qarşıdakı 3-4 il ərzində başqa ölkənin bayrağı altında çıxış edə bilməz. Çıxış etsə, diskvalifikasiya olunmalıdır”.

Azad Rəhimovun bu hədəsi Ramil Quliyevin karyerasına cəmi 3 il təsir göstərsə də, idmaçımızın gücünə təsir göstərə bilmir. Bu səbəbdən R.Quliyev 2012 London Olimpiya Oyunlarında Türkiyə adına yarışa bilməyib. Azərbaycanın qoyduğu qadağa 2013-cü ilin aprelində bitib və Quliyev yenidən Türkiyə formasıyla yarışlara qatılmağa başlayıb.

Quliyev Türkiyə adına ilk böyük yarışına 2015-ci ildə Pekində keçirilən Dünya Atletika Çempionatı zamanı çıxıb.

Burada 200 metr finalında 20.11 saniyəlik dərəcəsiylə 6-cı olan Quliyev, həmin il Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan IAAF World Challenge turnurində 200 metri 19.88 saniyəyə qaçaraq Türkiyə rekordunu qırıb.

Quliyev 2016 Rio olimpiya Oyunlarında isə gözlədiyi uğuru qazana bilməyib, belə ki, o 20.43 saniyəlik dərəcəylə 8-cı sırada yer alıb.
Bu gün isə Ramil Quliyev Türkiyə atletika tarixində bir ilki həyata keçirərək, Türkiyənin dünya çempionatlarında qızıl medala çatan ilk milli atleti olub.Dünya Atletika Çempionatında önəmli rəqiblərini geridə buraxaraq 20.09-luq dərəcəsiylə qızıl medalı qazana bilib.

Nazirin hədələdiyi idmançılarımızdan qələbə: Azad Rəhimova zərbə


Xatırladaq ki, 2016-cı ilin bu günündə 11 avqust tarixində Rio Olimpiadasında Qazaxıstan komandasına ilk qızıl medalı qazandıran Nicat Rəhimov olub. Qazaxıstanı təmsil edən Azərbaycan millisinin sabiq üzvü ağırlıq qaldırma üzrə Olimpiya qızılına sahib olub. Demək olar ki, N.Rəhimovda eyni səbəbdən ölkəni tərk edərək yarışdığı idman sahəsində Qazaxıstanı təmsil etməyə başlayıb. Azərbaycanda idman sektoruna nəzarət edən məmurlar N.Rəhimov barədə də oxşar açıqlama verdilər. Açıqlamanın kökündə isə "inamsızlıq" dayanırdı. Amma hər iki idmançımız bu inamsızlığı doğruldaraq təmsil etikləri ölkənin bayrağı ilə yanaşı Azərbaycanın Uca bayrağını qaldırmağı unutmadılar. Səbəb isə birdir. Azərbaycan bayrağı və Azərbaycanlı olmaları.
Nazirin hədələdiyi idmançılarımızdan qələbə: Azad Rəhimova zərbə

Bu arada Yunan-Roma güləşi üzrə dünya çempionu Rəsul Çunayev, Sərbəst güləş üzrə millinin üzvü Hacı Əliyev və digər onun həmkarları aksiya keçirərək maddi durumlarının çətinliyi səbəbindən nəticədə gənc idmançıların vəziyyətinin acınacaqlı olduğunu deyiblər. Bununla belə, Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Toğrul Əsgərovun da hazırkı durumdan narazı olduğu dilə gətirilir. Onun bir müddət əvvəl Türkmənistan millisinə keçməsi ilə bağlı da xəbərlər yayılır.
Nazirin hədələdiyi idmançılarımızdan qələbə: Azad Rəhimova zərbə

Təbii ki, bu xəbərləri yayan idmançıların özləridir. Onların bu narazılıqlarını da başa düşmək olar.
Amma şükürlər olsun ki, hələlik Güləş Federasiyası idmançılarımızla barışdığı barədə də dünən açıqlama verdi. Açıqlamada bildirilir ki, güləş üzrə Azərbaycan yığma komandalarının üzvlərinin maaşları ödənilib. Vurğulanıb ki, güləşçilərlə yanaşı milli komandalarda fəaliyyət göstərən digər şəxslərin də pulları verilib.


Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan güləşçiləri 14 ay əmək haqqlarının verilməməsi ilə əlaqədar etiraz aksiyası keçirmişdilər.



Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR