SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

"İlin sonuna qədər mərhələli şəkildə bütün borclar bağlanacaq" - Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti

10-08-2017, 14:24 | Oxunub: 11 647 |

"İlin sonuna qədər mərhələli şəkildə bütün borclar bağlanacaq" - Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti
“Gecikmiş maaşların ödənilməsi prosesinə başlanılıb. Artıq 4-5 ayın pulları verilib. İlin sonuna qədər mərhələli şəkildə bütün borclar bağlanacaq”.

Emtv.az xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov güləşçilərə gecikmiş maaşların ödənilməsinə münasibət bildirərkən deyib.


Federasiya rəsmisi borcların müddəti və məbləği barədə ətraflı məlumatı olmadığını söyləyib: “Detalları mühasibatlıqdan öyrənmək olar. Çünki maaşların məbləği fərqlidir. Açığı, indiyə qədər maliyyə məsələləri ilə məşğul olmamışam. Sadəcə olaraq, indi mövcud vəziyyətlə əlaqədar danışmalı oluram. Kimin nə qədər və neçə ay alacağı olduğunu bilmirəm”.

E.Cəfərov bildirib ki, Azərbaycanın güləş yığmasının üzvlərinin iyulun 28-də əmək haqqlarının və mükafatlarının ödənilməməsini, eləcə də Azərbaycan Güləş Federasiyası tərəfindən təlim-məşq toplanışı keçmək üçün şərait yaradılmadığını əsas gətirərək, etiraz aksiyası keçirmələrinə görə heç kim milli komandadan kənarlaşdırılmayıb: “Heç kim yığmadan kənarlaşdırılmayıb. Hazırda hər şey yaxşıdır. Qarşıdan gələn dünya çempionatına hazırlığı yekunlaşdırmaq üzrəyik. Aksiyada iştirak edən güləşçilərdən kiminsə dünya çempionatına aparılmamasından söhbət belə gedə bilməz. Həmin hadisəyə görə heç kimə gözün üstündə qaşın var deyən yoxdur. Zədəlilər olmasa, yarışda tam heyətlə çıxış edəcəyik”.

Qeyd edək ki, yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar məşqlərini Olimpiya Güləş Mərkəzində, qadın güləşçilər isə Ukraynanın Kiyev şəhərində Konça Zaspa təlim-məşq bazasında davam etdirir.

Yunan-Roma güləşi yığmasının təlim-məşq toplanışı avqustun 3-dən başlayıb və çempionata yola düşənə qədər davam edəcək. Avqustun 7-dən Ukraynaya yollanan qadın güləşçiləri isə ayın 21-dək bu ölkənin milli komandası ilə birgə hazırlıqları davam etdirəcək. Sərbəst güləşçilərin təlim-məşq toplanışı avqustun 6-dan başlayıb və 20-də yekunlaşacaq.

Dünya çempionatı 21 - 26 avqust tarixlərində Fransanın paytaxtı Paris şəhərində başa tutacaq. Proqrama əsasən, 21 - 22 avqustda yunan-Roma, 23 -24 avqustda qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləşçilər isə avqustun 25 - 26-da xalça üzərinə çıxacaqlar.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR