18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycan millisi 40 ildə ən çox medal qazanan ölkələrin “10-luğ”unda
Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) Hamburqda keçiriləcək dünya çempionatı ərəfəsində mundiallarda ən çox medal qazanan ölkələrin siyahısını dərc edib.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 1974-cü ildən təşkil olunan və 18 dəfə baş tutan yarışın tarixində ən çox mükafata yiyələnən 10 millinin adı açıqlanıb.
Azərbaycan yığması da bu “10-luq”da yer alıb. Müstəqillik əldə etdikdən sonra mundiallarda çıxış edən komandamız arxada qalan çempionatlarda ümumilikdə 17 medal qazanıb. Bunlardan 5-i qızıl, 4-ü gümüş və 8-i bürüncdür. Millimiz bu göstəricidə dünyanın 10-cusudur.
Cədvələ Kuba başçılıq edir – 128 medal (71 qızıl, 32 gümüş, 25 bürünc). Rusiyanı SSRİ yığmasının varisi kimi tanıyan AİBA onların göstəricisini ümumiləşdirib. Bu səbəbdən də şimal qonşularımız 107 mükafatla (38-32-37) ikincidir. İlk “üçlüy”ü hesabında 41 medal (16-9-16) ABŞ qapayır.
“Onluq”da Qazaxıstan, Bolqarıstan, Rumıniya, İtaliya, Ukrayna və Özbəkistan yığmaları da yer alıblar.
Qeyd edək ki, sayca 19-cu dünya çempionatı avqustun 25-də start götürəcək.
Emtv.az