SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

ABŞ-ın sanksiyaları Avropanı Rusiya qazından məhrum edə bilər

8-08-2017, 11:46 | Oxunub: 5 481 |

ABŞ-ın sanksiyaları Avropanı Rusiya qazından məhrum edə bilər
“ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi Avropanın qaz bazarında qeyri-müəyyənliyi artırır. Bununla da təbii qaz təchizatının pozulması riski artacaq, enerji qiymətlərinin artımı üçün şərait yaranacaq”.

Rusiya KİV xəbər verir ki, bu barədə “Standard&Poors” beynəlxalq reytinq agentliyinin ekspertləri məlumat yayıb.

“ABŞ Rusiyadan Avropaya qaz nəqlini dayandıra bilərmi?” mövzusunda araşdırma aparan ekspertlərin fikrincə, sanksiyaların tətbiqi yeni qaz kəmərlərinin quraşdırılması işini çətinləşdirir, mövcud kəmərlərin isə saxlanılmasına maneə yaradır. Bununla yanaşı, mütəxəssislər rəsmi Vaşinqton tərəfindən Rusiyaya yeni sanksiyaların tətbiqinin Ukraynadan tranzit yolla keçən qaz kəmərlərinin saxlanmasında da problemlər yaradacağını düşünür. Analitiklər hesab edir ki, bütün bu amillər nəticə etibarilə Avropaya qaz nəqlinin müvəqqəti də olsa dayandırılmasına səbəb ola bilər.

Agentliyin analitikləri belə bir nəticəyə gəlir ki, 2019-cu ildə yeni qaz kəmərlərinin tikintisi başa çatmasa, hər şey Ukraynadan asılı olacaq. Belə ki, Ukrayna vasitəsilə Rusiya qazının Avropaya nəqli ilə bağlı razılaşmanın vaxtının uzadılmasına ehtiyac yaranacaq. “Sözügedən ölkələr arasında bu məsələ ilə bağlı danışıqlar heç də həmişə asan olmayıb, lakin münasibətlərin pisləşməsini nəzərə alsaq, zamanla Avropaya qaz nəqlinin tamamilə dayandırılacağını demək olar”, – deyə analitiklər qeyd edir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR