SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

İnflyasiyanın yüksəlməsi gözləntiləri səngiyib - RƏSMİ

5-08-2017, 12:14 | Oxunub: 11 257 |

İnflyasiyanın yüksəlməsi gözləntiləri səngiyib - RƏSMİ
"2017-ci ilin birinci yarısında aylıq inflyasiya tempinin azalması müşahidə edilib, inflyasiyanın yüksəlməsi gözləntiləri səngiyib".

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalında bildirilir.

"Dövr ərzində inflyasiyaya nominal effektiv məzənnə, gözlənti və inersiya, əsas partnyor ölkələrdə gedən inflyasiya prosesləri, inzibati qiymətlər, mövsümi və s. amillər təsir göstərib. Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2017-ci ilin yanvar-iyun aylarında 13,2% təşkil edib.
Qeyd olunduğu kimi, dövr ərzində istehlak qiymətlərinin dəyişiminə təsir göstərən amillərdən biri gözləntilər olub. Bir sıra xərc amillərinin təsiri ilə bəzi sahələrdə inflyasiya gözləntiləri yüksəlsə də, ümumilikdə dövr ərzində gözləntilərdə daha çox azalma meyilləri müşahidə olunub. Belə ki, Mərkəzi Bank tərəfindən müntəzəm aparılan real sektorun monitorinqinin nəticələrinə əsasən, 2017-ci ilin 6 ayında ticarət sektorunda növbəti 3 ay üzrə qiymət gözləntiləri məişət avadanlıqları və avtomobil seqmentində aşağı düşüb, mebel seqmentində isə nisbətən sabit qalıb. Xidmət sektorunda ümumi qiymət gözləntisi bütün sahələr üzrə aşağı düşüb. Bu daha çox nəqliyyat, otel, səhiyyə və kommunikasiya seqmentlərində özünü göstərib. Emal sənayesində isə qida və içki, kimya, tekstil, maşınqayırma, plastik kütlə seqmentləri üzrə qiymət gözləntiləri aşağı düşüb. Yalnız tikinti sektorunda qiymət gözləntiləri nisbətən yüksəlib"
, - deyə AMB-nin Pul Siyasəti İcmalında vurğulanıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR