SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“PROKURORLAR XALQIN BƏLASINA ÇEVRİLİBLƏR”

4-08-2017, 15:11 | Oxunub: 10 112 |

“PROKURORLAR XALQIN BƏLASINA ÇEVRİLİBLƏR”

“Prokuror ancaq o vaxt yaxşı yaşayacaq ki, bizim xalqımız yaxşı yaşayacaq. Ancaq siz onların evlərinə baxın, mindikləri avtomobillərə baxın”

“Əgər təmiz işləməsələr hamısı gedəcək”

Özbəkistan prezidenti Şövkət Mirziyayev avqustun 2-də keçirdiyi videoselektor müşavirəsində prokurorları sərt tənqid edib, onları “ən yekə oğrular” adlandırıb. Virtualaz.org xəbər verir ki, prezidentin qapalı müşavirədə dediklərinin audioyazısını “Azadlıq” radiosunun tacik xidməti əldə edib. Mirziyayev bildirib ki, indiki prokurorlar “köhnə zibil sistemdən” qalıb və əgər onlar vicdansızlığı bundan sonra da davam etdirsələr hamısını işdən qovacaq.

“Əgər sən öz dünyagörüşünü dəyişməsən sabah sənə gec olacaq. Bunu bil. Mən sənə on gün müddət verirəm, istənilən halda sənin özünü necə aparmağın mənim xoşuma gəlmir. Sən tək qalmısan, mən artıq hamısını işdən azad etmişəm. Mənim, əlbətdə, bağışlayın məni, prokurorlardan çox zəhləm gedir. Bu haqda açıq deyirəm. Əgər soruşsanız niyə, cavab verirəm. Mən rayon hokimi (icra başçısı), vilayət hokimi olmuşam və özüm görmüşəm ki, onlar özlərini necə vicdansızcasına aparırlar. Mən bunu çox yaxşı bilirəm ki, “prokurorçiklər” olan kimi onların yerişi də dəyişir, adamları saymırlar. Mən bütün bunları çox yaxşı bilirəm”-Mirziyayev bildirib.

Videoselektor müşavirəsi zamanı Özbəkistan prezidenti İslam Kərimov dövrünün prokurorlarını “zibil” adlandırıb və vəd edib ki, prokurorluq orqanlarının bütün işçilərini dəyişəcək.

“Biz yeni Baş prokuror təyin etmişik, prokurorluq orqanlarını əvvəlki zibillərdən təmizləyirik, 80 faizi dəyişib. Lakin buna baxmayaraq prokurorluq orqanlarında əvvəlki oğru sistemdən qalma 15-20 faiz adam işləyir. O cümlədən Feyziyev (Daşkənd vilayət prokuroru Cəmşid Feyziyev) həmin sistemin adamıdır. Biz prokurorluğu əvvəldən axıra qədər belə adamlardan təmizləyəcəyik. Ya prokuror təmiz işləyəcək, ya biz ümumiyyətlə prokurorluğu ləğv edəcəyik. Prokurorlar xalqın bəlasına çevriliblər. Əgər təmiz işləməsələr hamısı gedəcək”-Mirziyayev bildirib.

Prezident prokurorları “yıxıb-sürüməkdə” davam edərək bildirib ki, onların çoxu heç öz adlarını düzgün yaza bilmir. “Prokuror ancaq o vaxt yaxşı yaşayacaq ki, bizim xalqımız yaxşı yaşayacaq. Ancaq siz onların evlərinə baxın, mindikləri avtomobillərə baxın. Nədir, onlar atom reaktoru icad ediblər? Bir-iki axmaq heç öz familiyasını da düz yaza bilmir. Onlar “blata” görə prokuror olublar. Mən onları xoşlamıram, çünki işləmirlər. İndi biz elə adamlarla işləyirik ki, özləri təmiz olmağa çalışırlar”-Özbəkistan prezidenti deyib.
“PROKURORLAR XALQIN BƏLASINA ÇEVRİLİBLƏR”

Mirziyayev əlavə edib ki, hazırda prokurorluq orqanlarında “təmizləmələr” aparılır. İctimayyət bu cür adamlardan təmizlənir. “Şükür allaha, bütün bunlar haqda mənə hər şey məlumdur. Mən hələ kəndi atıb gözləyirəm və müşahidə edirəm, lakin bir məqamda bu problemə son qoyacağam. Heç vaxt və heç kim. Birinci yerdə daim, bir daha təkrar edirəm, xalq dayanmalıdır. Bizdə bir prokuror var idi, Muhiddinov. Lakin o bir neçə il türmədə oturdu. Bizim üçün xalqdan başqa heç kim avtoritet ola bilməz”-Özbəkistan rəhbəri bildirib.
“PROKURORLAR XALQIN BƏLASINA ÇEVRİLİBLƏR”

Xatırladaq ki, indiyədək Özbəkistanda İslam Kərimovun hakimiyyəti dövrü açıq tənqid olunmurdu. Lakin bu günlərdə dövlət televiziyası ilk dəfə Kərimov hakimiyyətini tənqid edib, onun dövründə Özbəkistanın qonşularla problemlərinin yarandığı bildirilib. Habelə Özbəkistan Baş prokurorluğu 2013-cü ildən həbsdə saxlanılan Gülnarə Kərimovanın işi ilə bağlı ilk dəfə rəsmi məlumatla çıxış edib, keçmiş prezidentin qızının ölkədən milyardlarla dollar oğurladığı açıqlanıb.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR