SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

HARIN NƏVƏNİN “GELANDEWAGEN”i KİMLƏ ÖTÜŞÜRMÜŞ?

4-08-2017, 14:26 | Oxunub: 13 570 |

HARIN NƏVƏNİN “GELANDEWAGEN”i KİMLƏ ÖTÜŞÜRMÜŞ?
Ötən gecə Bakının Heydər Əliyev prospektində baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “Mercedes Gelandewagen” markalı avtomobillə törədilmiş dəhşətli qəza sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub.

Emtv.az virtualaz.org-a istinadən xəbər verir ki, hadisənin şahidi olan istifadəçilərin yazdığına görə, qəzaya səbəb yüksək sürət və ötüşmə olub. Belə ki, 10 PP 203 dövlət nömrə nişanlı “Mercedes Gelandewagen” seriyası nömrəsi bəlli olmayan “777” nömrəli qırmızı rəngli “BMW” ilə yarışa çıxıbmış.

Digər mənbələrə görə isə, söhbət qırmızı rəngli 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobilindən gedir.

Avtomobildəkilərin çimərlikdən istirahətdən gəldiyi və Heydər Əliyev prospektində 200-250 km/ saat sürətlə hərəkət etdiyi bildirilir. Hətta şahidlər bildirirlər ki, hadisə baş verən zaman N. Allahverdiyevin digər avtomobildə olan dostu camaatı söyərək hadisə yerindən qovubmuş.
Sosial şəbəkədə sürücülərə məxsus xüsusi qrupda bir neçə şahid həmin iki avtomobilin yarışdığını, yolda onları ötüb keçdiyi qeyd ediblər.

HARIN NƏVƏNİN “GELANDEWAGEN”i KİMLƏ ÖTÜŞÜRMÜŞ?

Bəs Qəza hadisəsinin böyük rezonans yaratdığını nəzərə alıb Dövlət Yol Polisinin Təhlükəsiz Şəhər Xidmətinin videomüşahidə kameralarına düşən görüntülər mətbuata açıqlana bilərmi?

Axı Heydər Əliyev prospekti tamamilə videomüşahidə kameralarının nəzarəti altındadır, eyni zamanda bu yolda çoxsaylı radarlar quraşdırılıb. Deməli qəza törədən avtomobilin həmin yoldakı bütün hərəkəti, eləcə də qəza anı videomüşahidə kameraları tərəfindən çəkilib.
Bu sualla Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədova müraciət etdik.

HARIN NƏVƏNİN “GELANDEWAGEN”i KİMLƏ ÖTÜŞÜRMÜŞ?

Emtv.az xəbər verir ki, şöbə rəisi virtualaz.org-a bu barədə danışmağa çətinlik çəkdiyini dedi: “İndiki qanunvericiliyə görə, hər hansı yol-nəqliyyat hadisəsi baş verirsə, o hadisəyə ağırlıq dərəcəsindən asılı olaraq baş verdiyi məkan üzrə polis idarələrində baxılır. Buna görə sizə informasiya verməkdə çətinlik çəkirəm. Dediyiniz hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır və bütün təfərrüatı ilə məlumatları oradan almaq mümkündür. Mən ancaq onu bilirəm ki, qəza hadisəsi zamanı bir nəfər piyada Vaqif Əsədov həlak olub. Onu da ona görə yadımda saxlamışam ki, ad-familyası mənimlə eynidir. Hazırda “ekologiya postu”undayam, tədbirdir, həmin hadisə barədə geniş məlumatım yoxdur”, – deyə şöbə rəisi bildirib.

Xatırladaq ki, qəza hadisəsi ötən gün gecə saatlarında baş verib. N. Allahverdiyevin yanan avtomobildən son anda özünü ataraq xilas olduğu və əllərinin yandığı bildirilir. O, hazırda Bakıda xəstəxanaların birində müalicə olunur. Xəstəxana mənbələrindən isə bu məlumatı dəqiqləşdirmək mümkün olmayıb.
HARIN NƏVƏNİN “GELANDEWAGEN”i KİMLƏ ÖTÜŞÜRMÜŞ?

Qeyd edək ki, sosial şəbəkələrdə Nail Allaverdiyevin avtmobillər kolleksiyasının fotoları var. Həmin fotolara əsasən baş nazirin müavininin nəvəsinin qara rəngli, 10 PP 203 dövlət nömrə nişanlı “MercedesGelandewagen”lə yanaşı eyni modeldən ağ rəngli avtomobili də var. Hətta fotolardan birində həmin ağ rəngli “Gelandewagen” arxası üstə aşmış vəziyyətdə görünür. Yəni bu, nəvənin “Gelandewagen”lə törətdiyi birinci qəza deyil.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR