SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Təhsil Nazirliyi narazılıqlara münasibət bildirib

4-08-2017, 14:21 | Oxunub: 6 183 |

Təhsil Nazirliyi narazılıqlara münasibət bildirib
Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanında iştirak edən bəzi namizədlərin narazılıqlarına münasibət bildirib.

Emtv.az-ın apa-ya istinadən xəbərinə görə, Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədov deyib ki, müəllimlərin problemi, söz-söhbəti, narazılığı nə imtahanda, nə də imtahandan sonra bitir. O bildirib ki, telefonundan 3 saatlıq da olsa uzaqlaşmaq istəməyənlər, telefonları əllərindən alınanlar, bu səbəbdən hətta imtahan nəticəsini belə təhlükə altında qoyanlar imtahanın təşkilinə irad bildirir, çanta və mobil telefonları qoymaq üçün yer olmamasından şikayətlənirlər: “Narazı namizədlərin iddiası zallardakı sarı kartlı masalarla bağlı da olub. İddiaya görə, guya tapşırılanlar həmin masada oturdulur və onlara cavablar ötürülür. Cavabların ötürülməsi ilə bağlı fikirlər absurddur. Sarı kartlı masaların fərqləndirilməsinə gəlincə, könüllülərin məsuliyyət daşıdığı ərazinin sərhədləri bir sarı kartda başlayıb, digər sarı kartda bitir. Sarı kart könüllülərin nəzarət etdiyi ərazinin sərhədini göstərir. Problem yarananda həmin əraziyə görə məsuliyyət daşıyan nəzarətçi cavab verir. Kartlar onların məsuliyyətini müəyyənləşdirir”.

Sektor müdiri qeyd edib ki, imtahan prosesinin təşkilində şəffaflığın təmin olunduğuna şübhə yaradan hər hansı səbəb yoxdur. R. Məmmədov əlavə edib ki, bütün sistemə nəzarət mexanizmi var və şəffaf şəkildə imtahanların keçirilməsinə nail olunub: “Hətta sarı masada oturmaq istəyənlərin hər birinin arzusu yerinə yetirilib. Bu iddiada olanların həmin masada imtahan verməsi təmin edilib. Hamının gözü sarı masada oturanda olur və özləri də şahid olurlar ki, sosial şəbəkədə yayılanlar absurddur”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR