18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Respublika çaylarında suyun səviyyəsi azalıb
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 60-120, Lənkəran-Astara bölgəsi çaylarında 50-100, Naxçıvan Muxtar Respublikası çaylarında isə 50 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən mətbuata verilən məlumata görə, avqustun 4-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 32 kubmetr olmaqla ongünlük normanın 24 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 100 kubmetr olmaqla, ongünlük normanın 75 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 12,5 kubmetr olmaqla, ongünlük normanın 18 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 113 kubmetr təşkil edərək ongünlük normanın 163 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan və Bankə məntəqələrində 2, Salyanda 6 santimetr azalma, Surrada 4, Araz çayının Novruzlu məntəqəsində isə 5 santimetr artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 348, Şirvanda 191, Salyanda 127, Bankədə 175, Araz çayının Novruzlu məntəqəsində isə 60 santimetr təşkil edir.
Emtv.az