18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İkinci dəfə evlənən kişi birinci həyat yoldaşının qohumları tərəfindən döyülüb - Bakıda
Bakıda 2-ci dəfə evlənən kişi birinci həyat yoldaşının qohumları tərəfindən döyülüb.
Kütləvi dava Sabunçu rayonunda baş verib.
Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazidə qohumlar arasında kütləvi dava düşüb. Emtv.az xəbər verir ki, hüquq-mühafizə orqanı əməkdaşlarının report-a verdiyi məlumata görə, dava 32 yaşlı Quliyev Ruslan Faiq oğlunun ikinci dəfə evlənməsi səbəbindən baş verib. R.Quliyevin birinci həyat yoldaşı 31 yaşlı Qənbərova Aygün ərinin bu əməlindən xəbər tutduqda qohumları ilə birgə R.Quliyevin yaşadığı qaynanasının evinə gəlib. Və hər iki tərəf arasında dava düşüb. R.Quliyev döyülərək ağır xəsarət alıb. Bundan başqa A.Qənbərovada qaynanası tərəfindən döyülüb. Hər iki şəxs müxtəlif bədən xəsarətləri alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, R.Quliyev birinci həyat yoldaşından ayrı yaşayıb. O, ikinci dəfə tanış olduğu xanımla nişanlanıb.
Emtv.az