SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Rusiya dövlət çevrilişinə və baş naziri öldürməyə cəhd edib” – Mayk Pens

2-08-2017, 14:40 | Oxunub: 8 036 |

“Rusiya dövlət çevrilişinə və baş naziri öldürməyə cəhd edib” – Mayk Pens
Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən Adriatik Xartiyasının toplantısında çıxış edən ABŞ-ın vitse-prezidenti Mayk Pens Rusiyanı qərbi Balkan regionunda sabitliyi pozmaqda və Monteneqronun NATO-ya üzvlüyünü əngəlləmək məqsədilə bu ölkədə dövlət çevrilişi təşkil etməkdə günahlandırıb.

M. Pensin çıxışı Monteneqro Milli Radio və Televiziyası (RTCG) ilə canlı yayımlanıb. “Sizin bildiyiniz kimi, Rusiya güc yolu ilə yeni beynəlxalq sərhədlər müəyyənləşdirmək cəhdlərini davam etdirir. Burada, qərbi Balkanlarda, Rusiya demokratiyanı sarsıtmağa, bölgədə sabitliyi pozmağa, sizləri bir-birinizdən ayırmağa cəhd göstərib. Ötən il Moskvanın agentləri Monteneqroda seçkilərə mane olmağa, parlamentə hücum etməyə, hətta baş naziri öldürməyə cəhd edəndə Rusiyanın niyyətləri aydın idi. Onlar Monteneqro xalqını NATO-ya daxil olmaq fikrindən daşındırmaq istəyirdilər”, – deyə M. Pens bildirib. Onun bu sözləri alqışlarla qarşılanıb.

Qeyd edək ki, Adriatik Xartiyasının sammitində Monteneqronun baş naziri Duşko Markoviç, Makedoniyanın baş naziri Zoran Zayev, Xorvatiyanın baş naziri Andrey Plenkoviç, Albaniyanın baş naziri Edi Rama, Bosniya-Herseqovina Nazirlər Şurasının sədri Denis Zvizdiç iştirak edib. Kosovonun prezidenti Haşim Taçi və Serbiyanın baş naziri Ana Brnabiç toplantıya müşahidəçi qismində qatılıblar.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR