17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bu malları alarkən diqqətli olun! - Nazirlik
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti uzunmüddətli istifadə üçün nəzərdə tutulan mallar (məişət cihaz və avadanlıqları, rabitə vasitələri, maşın, alət və s.) alarkən istehlakçılara diqqətli olmağı tövsiyə edir.
Nazirlikdən verilən məlumata görə, istehlakçı bu növ malları alarkən satıcıdan müqavilə, ödənişi təsdiq edən nəzarət-kassa aparatının çeki və malın zəmanət talonunu tələb etməlidir:
"Eyni zamanda, alınan malların komplektliyinə, keyfiyyətinə, mal və istehsalçı haqqında məlumatın, mal haqqında qısa annotasiyanın mövcudluğuna diqqət edilməlidir. Nəzərə almaq lazımdır ki, istehlakçının aldığı bu cür mallarda yaranan qüsurların aradan qaldırılması ilə bağlı tələbə ödənişi təsdiq edən nəzarət-kassa aparatının çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən sənəd təqdim edildikdə baxılır.
İstehlakçılardan uzunmüddətli istifadə üçün nəzərdə tutulan mallar aldıqda qeyd olunan tələblərə əməl olunmaması halları ilə rastlaşdıqda "195-2" Çağrı Mərkəzi, www.economy.gov.az internet saytı və "facebook" səhifəsi vasitəsi ilə İqtisadiyyat Nazirliyinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla və www.consumer.gov.az internet saytı vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri tövsiyə olunur".
Emtv.az