SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Rüşvət alan sabiq gömrük əməkdaşlarının cəzaları azaldılıb

2-08-2017, 10:31 | Oxunub: 9 366 |

Rüşvət alan sabiq gömrük əməkdaşlarının cəzaları azaldılıb
Bakı Apellyasiya Məhkəməsində rüşvət almaqda və qaçaqmalçılıqda təqsirləndirilən Neman Abbasov, Adil Kazımov və Muxtar Qasımov barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Emtv.az xəbər verir ki, bu barədə report-a vəkil Gülşən Salmanova məlumat verib.

Onun sözlərinə görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hər üç təqsirləndirilən şəxsin barəsində çıxarılmış hökm dəyişdirilib. Belə ki, N.Abbasovun 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası 4 ilə, A.Kazımovla M.Qasımovun isə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəcası 3 il 6 aya endirilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərdən biri – Aman Muhamməd Baylyyev Türkmənistan vətəndaşı, 5-i – N.Abbasov, A.Kazımov, Aytəkin Tağıyeva, M.Qasımov və Ziyafət Qurbanov isə Azərbaycan vətəndaşıdırlar. Azərbaycan vətəndaşlarının 4-ü Dövlət Gömrük Komitəsinin (DGK) sabiq əməkdaşlarıdır. Z.Qurbanova isə “Moskva univermağı”nda qızıl satışı ilə məşğul olur.


Təqsirləndirilən 6 nəfərdən 2-si – A.Baylyyev və N.Abbasov saxlanılarkən barələrində həbs qətimkan tədbiri seçilib. Digər 4 nəfər isə (A.Kazımov, A.Tağıyeva M.Qasımov və Z.Qurbanova) zamində olublar. Həmin şəxslər Azərbaycandan Türkmənistana qanunsuz yollarla külli miqdarda qızıl-zinət əşyalarının keçirilməsində təqsirli biliniblər.


Onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 206.3.3-ci (qaçaqmalçılıq, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) və 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) maddələri ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Baylyyev məhkəmə zalından azadlığa buraxılıb. Onun barəsində 1 il sınaq müddəti təyin edilib və Türkmənistan vətəndaşı 6 il şərti cəzaya məhkum edilib. N.Abbasov 9 il müddətinə azadlıqdan məhrum olunub.

Zamində olan digər şəxslər – A.Kazımov və M.Qasımov isə məhkəmə zalında həbs ediliblər. Onların hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. A.Tağıyeva və Z.Qurbanov isə şərti cəzaya məhkum olunublar. Belə ki, məhkəmə onların hər birinə 6 il şərti cəza təyin edib. Hökmdən narazı qalan N.Abbasov, A.Kazımov və M.Qasımov apellyasiya şikayəti veriblər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR