SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Gəzməyə qərib ölkə — Millət vəkillərimiz haralarda istirahət edirlər?

1-08-2017, 14:16 | Oxunub: 4 154 |

Gəzməyə qərib ölkə — Millət vəkillərimiz haralarda istirahət edirlər?
Artıq bir neçə vaxtdır ki, Milli Məclisin deputatları yay tətilinə buraxılıb. Deputatların bir neçəsi isti yay günlərində dincəlmək üçün Azərbaycanı seçsələr də, xarici ölkələrə üz tutanların da sayı az deyil.

Emtv.az xəbər verir ki, ölkə.az-ın apardığı kiçik araşdırma zamanı məlum olub ki, Milli Məclisin bir çox deputatı istirahət etmək üçün daha çox Türkiyə, Kipr, Gürcüstan, Rusiya və Ərəb ölkələrini seçirlər. Ancaq onların arasında Avropa ölkələrinə gedənlər də var.

Ümumilikdə, deputatlardan kimlərin necə və harada dincəlməsi barədə fikirləri öz dillərindən deyildiyi kimi tanış olaq:
Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin deputatı Fazil Mustafa:


“Mən istirahətimi Azərbaycanda keçirirəm. Daha çox Bakıda, dəniz kənarında dincəlirəm. Heç doğulduğum Naxçıvana da getməmişəm. Xəzər dənizinin sahilində istirahət edirəm. Allah bu qədər böyük neməti bizə bəxş edibsə, o zaman nə üçün gedib başqa ölkələrdə pul xərcləməliyik? O pulu elə öz ölkəmizdə xərcələyək də!”.

Milli Məclisin deputatı Sabir Hacıyev:

“İstirahətimi Azərbaycanda keçirirəm. Hazırda Bakıda olsam da, Göyçaydan bu yaxınlarda qayıtmışam. Ona görə də mən istirahətimi Azərbaycanda keçirməyi daha üstün bilirəm”.

Milli Məclisin deputatı Astan Şahverdiyev:

“İstirahətimi doğma Azərbaycanda keçirirəm. Yay tətili üçün heç bir ölkəyə getməmişəm, öz rayonlarımıza gedirəm”.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə:

“İstirahətimi Azərbaycanda keçirirəm. Hazırda da Bakıdayam”.

Milli Məclisin deputatı, ehtiyyatda olan general-leytenant Əliağa Hüseynov:

“Hazırda Türkiyədə dincəlirəm. İnşallah deputat seçildiyim Salyan rayonuna da gələcəm. Yəqin ki, məzuniyyətimin bir hissəsini də rayonda keçirəcəm”.

Digər deputatların bir çoxu ilə telefon əlaqəsi saxlasaq da, zənglərimizə cavab verən olmadı.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR