18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Televiziya və radiolarda Azərbaycan dili normaları pozulur" - MTRŞ
“Ümummilli lider Heydər Əliyevin imzaladığı 9 avqust 2001-ci il tarixli fərmanla hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu gün istər çap mediası, istər elektron media Azərbaycan dilinin inkişafına mühüm təsir göstərməkdədir. Xüsusilə müasir dövrdə TV və radiolar ədəbi dilə, onun cilalanmasında vacib rol oynayır. Lakin çox təəssüf ki, bir sıra hallarda TV və radiolarda Azərbaycan dilinin normaları, qayda və qanunlarının pozulması, xarici dillərin təsiri altına düşmə hallarına rast gəlinməkdədir”.
Emtv.az xəbər verir ki, bunu apa-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
T. Dadaşov bildirib ki, MTRŞ yarandığı ilk gündən milli efir məkanında Azərbaycan dilinin istifadəsinin təmin edilməsi və aparıcı mövqe qazanması istiqamətində addımlar atıb. Bu istiqamətdə xüsusi qaydalar müəyyənləşdirib, qərarlar qəbul edib: “Bütün bunlar milli efir məkanımızda Azərbaycan dilinin dominant mövqe qazanmasına gətirib çıxarıb. MTRŞ milli efir məkanında Azərbaycan dilinin daha gözəl istifadəsinə, onun qayda və qanunlarına riayət olunması istiqamətində də addımlar atmaqdadır. Bu məqsədlə 2011-ci ildən başlayaraq hər il dilçi mütəxəssislərin iştirakı ilə “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında ədəbi dil normalarına əməl edilməsi ilə bağlı mütəmadi olaraq monitorinqlər təşkil etməkdədir”.
MTRŞ təmsilçisi deyib ki, bu ənənə bu il də davam etdirilir. Belə ki, bu ilin avqust ayının ikinci ongünlüyündə Milli Televiziya və Radio Şurasının təşkilati dəstəyi ilə “Elektron Mediaya Yardım Fondu”nun “Azərbaycan Media məkanında ədəbi dilin qorunması” layihəsi üzrə 2017-ci ilin iyun-iyul aylarında ərzində aparılmış monitorinq nəticələri elan olunacaq.
Builki monitorinqlər MTRŞ ilə Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrası ilə əməkdaşlığının nəticəsində baş tutub.
T. Dadaşov onu da vurğulayıb ki, MTRŞ yerli televiziya və radioların məsul şəxslərini, aparıcıları Azərbaycan dilinin saflığının qorunub saxlanılmasına, onun normalarına riayət olunmasına həssas yanaşmağa çağırır.
Emtv.az