18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Lənkəranda meyiti quyudan tapılan körpənin bədənindən...
Lənkəranda meyiti quyudan tapılan 6 günlük körpənin öldürüldüyü ilə bağlı daha bir versiya üzə çıxıb.
Emtv.az-ın report-a istinadən xəbərinə görə, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsində aparılan ekspertiza zamanı ölən körpənin bədənində qıyıq (iri iynə, yorğan iynəsi) və sancaq dəlikləri müşahidə olunub.
Körpənin bədənində, döş qəfəsinin sol nahiyəsində daxilə nüfuz edən tikiş iynəsi aşkar edilərək çıxarılıb. Bu barədə Darquba kənd sakinlərindən adının açıqlanmasını istəməyən şəxs “Report”a bildirib. Fakt polis əməkdaşları tərəfindən də təkzib olunmayıb.
Hazırda hüquq-mühafizə orqanları bir neçə versiya üzrə araşdırmaları davam etdirir.
Bu ailədə əvvəllər də anormal hadisələr baş verib, körpənin atası Nurullayev Şaiq Muxtar oğlunun gözünə hansısa məxluqlar görünüb. Onun psixi durumunun tam yerində olmadığı bildirilir.
Qeyd edək ki, tükürpədən hadisə 29 iyul tarixində Lənkəran rayonunun Darquba kəndində Nurullayevlər ailəsində baş verib. 6 günlük körpənin anası Valiyə Nurullayeva səhər vaxtı yuxudan ayılanda körpəsinin beşikdə olmadığını görüb. Həyat yoldaşı Şaiq Muxtarov körpənin oğurlanması ilə bağlı polis şöbəsinə məlumat verib. Uşağın yoxa çıxdığı müddətdə evdə ata-anadan başqa gəlini ilə bir otaqda yatan nənə Arifə Nurullayeva və uşağın şənlik məclisi üçün Bakıdan gələn daha bir neçə yaxın qohum olub. Hadisə yerinin müayinəsi zamanı ölmüş körpənin meyiti həyətdəki üstü bağlı 5 metrlik quyuda aşkar edilib.
Emtv.az