18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
İlham Əliyev Nümayəndələr Palatasının sədrini qəbul etdi -(FOTOLAR)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 31-də Amerika Birləşmiş Ştatlarının Arizona ştatının Nümayəndələr Palatasının sədri Cavan Mesnardı qəbul edib.
Emtv.az-ın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının sədri Cavan Mesnard artıq bir neçə gündür Azərbaycana gəldiyini, Bakı və regionlarımız ilə tanış olduğunu qeyd edərək dedi: “Sizin ecazkar ölkənizdə olmağımdan çox məmnunam. Azərbaycan çox gözəl ölkədir. Mən ilk dəfədir ki, buradayam. İnsanlar hər yerdə dostluq və qonaqpərvərlik nümayiş etdirirlər. Mən ABŞ-a geri döndükdə bu təəssüratlarımı hamı ilə bölüşəcəyəm”. Cavan Mesnard Arizona ştatının qanunvericilərinin əksəriyyətinin Azərbaycan haqqında çox eşitdiyini bildirdi.
Prezident İlham Əliyev qonağın Bakıda və regionlarda olmasının ölkəmiz haqqında daha geniş informasiya əldə edilməsi işinə kömək edəcəyini vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, ABŞ-dan Azərbaycana daha çox səfərlərin həyata keçirilməsi insanlar arasında təmasların genişləndirilməsi və xalqlarımızın bir-birini daha yaxından tanıması baxımından önəmlidir və bu, həm də ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsi işinə xidmət edəcəkdir. Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrində ikitərəfli münasibətlərin və eləcə də ölkəmizin ABŞ-ın ayrı-ayrı ştatları ilə əməkdaşlığının çox yaxşı səviyyədə olduğunu dedi. Dövlətimizin başçısı, eyni zamanda, ABŞ-ın bəzi regionlarında ictimaiyyətin ölkəmiz haqqında bir o qədər də dolğun məlumata malik olmadığını vurğulayaraq Azərbaycan haqqında həqiqətlərin daha çox yayılmasının önəmini qeyd etdi."