18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Rusiya 2018-ci ildən xalis borcalan ölkəyə çevrilə bilər
Ənənəvi olaraq kreditor kimi çıxış edən Rusiya, 2018-ci ildən xalis borcalan ölkəyə çevrilə bilər. “RBC” agentliyi xəbər verir ki, bu barədə Analitik Kredit Reytinq Agentliyinin (AKRA) ekspertləri məlumat yayıb.
AKRA-nın hesabatında bildirilir ki, əgər 2008-ci ildə büdcə ehtiyatları Rusiyaya xalis kreditor olmaq imkanı yaradırdısa, Ehtiyat Fondunun xərclənməsi və büdcə kəsirinin uzunmüddətli maliyyələşdirilməsinə üstünlük verilməsi 2017-ci ildə onu xalis borcalana çevirəcək.
AKRA ekspertləri bu nəticəyə Rusiyanın xalis kreditor mövqeyinin dinamikasının son illərdə azalması ilə əsaslandırırlar. Belə ki, 2017-ci il yanvarın 1-nə xalis kreditor mövqeyi son 10 ilin minimal səviyyəsinə çatıb və 1,1 trln. rubl (18,4 mlrd. ABŞ dolları) təşkil edib. Qeyd edək ki, 2015-ci il yanvarın 1-nə bu göstərici 5,7 trln. rubl (84 mlrd. dollar) olub. Xalis kreditor mövqeyinin azalmağa başlamasına səbəb Rusiya hökumətinin iqtisadiyyatı dəstəkləmək üçün büdcədən xərcləri artırması olub. AKRA bildirir ki, hətta neft qiymətlərinin baha olduğu 2011-2014-cü illərdə Rusiya hökuməti valyuta ehtiyatı toplamayıb. 2014-cü ildən sonra isə ehtiyatlardan büdcə kəsirinin örtülməsi üçün istifadəyə başlanılıb.
AKRA-nın araşdırma və proqnozlaşdırma qrupunun rəhbəri Natalya Proxorova hesab edir ki, 2018-ci ildə Rusiyanın kredit mövqeyi mənfiyə çevriləcək və yığılan aktivlərin 1%-ni təşkil edəcək. Agentliyin fikrincə, Rusiya xalis borcalan statusunda iki ilə yaxın qalmalıdır. Sərt büdcə siyasəti onun yenidən xalis kreditora çevrilməsinə kömək edəcək. Hazırda ÜDM-in 4%-nə bərabər olan ehtiyatlar isə, 2020-ci ilə 6%-ə çatacaq.
Emtv.az