SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Nazir narazı güləşçilərlə görüşüb onları razı saldı

28-07-2017, 10:45 | Oxunub: 8 246 |

Nazir narazı güləşçilərlə görüşüb onları razı saldı
Xəbər verdiyimiz kimi, Azərbaycan Güləş Federasiyası daxilindəki problemlərlə mətbuatın gündəmidir

Toğrul Əsgərovun getməsi xəbəri ilə qurumdakı bir çox məsələlər ortaya çıxmağa başladı.

AGF-də pulla bağlı ciddi müzakirələr getməkdədir.

Məşqçilər 1 ildən çox idi ki, maaş üzünə həsrət qalmışdılar. Həmçinin idmançılar da... Hətta güləşçilərə olimpiadadan sonra federasiya tərəfindən vəd edilən pul mükafatı da verilməmişdi.

İstər Yunan-roma, istər sərbəst, istərsə də qızlardan ibarət millilərdə maaş məsələsi böyük problemə çevrilmişdi.

Emtv.az-ın unikal.org-a istinadən məlumatına görə, növbəti dəfə problemləri Yunan-Roma güləşçilərimiz gündəmə gətirmişdi. Məlumatda bildirilirdi ki, ilk Avropa Oyunlarının qalibi, dünya çempionu, olimpiya mükafatçısı Rəsul Çunayev də federasiyadan alacağı maaşı gözləyirdi.

Komanda yoldaşları kimi o da olimpiadadan sonra federasiyanın boyun olduğu pul mükafatını ala bilməmişdi.

Bundan əlavə 2 qat Olimpiya Oyunlarının gümüş mükafatçısı, Dünya və ikiqat Avropa çempionu Rövşən Bayramov, Avropa Oyunlarının qalibi Elvin Mürsəliyev də maş problemi ilə üz-üzə qalanlar sırasında idi.

İş o yerə gəlib çatmışdı ki, idmançılar qarşıdakı dünya çempionatını baykot etməyə hazırlaşırdı. Hətta bunun üçün idmançılar mətbuat üzvləri ilə görüşüb problemlərini dilə gətirməyi düşünürdü. Aldığımız məlumata görə, federasiya rəhbərliyi məsələnin MOK-a çıxmaması üçün tədbir görüb. Rəhbərlik millinin üzvləri ilə görüşərək maaş məsələsinini həll edəcəyini deyib. Artıq idmançılarımız 1 ildir ki, almadıqları maaş üçün növbəyə dayanıblar. Ancaq AGF rəhbərliyi olimpiya mükafatı üçün hələ bir müddət gözləməyi xahiş edib.

Məsələ bununla bitməyib. Azərbaycan Güləş Federasiyası Türkmənistana yola düşməyə hazırlaşan iki qat olimpiya finalçısı, olimpiadanın qızıl medalçısı Toğrul Əsgərovla da razılaşmaq üçün masa arxasına əyləşiblər. Onun da probleminin həlllinə çalışılacağı və komanda da qalması üçün razılaşması ilə bağlı söhbət aparılıb. T.Əsgərovun qalıb-qalmaması bir neçə gün sonra dəqiq məlum olacaq.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR