18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Əmlak Komitəsi tapşırığı icra edə bilmir, risk var” – RƏSMİ
Əmlak Məsələləri Dövlət Komitəsi dövlət büdcəsində dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar proqnozunu icra edə bilməyib.
Bu barədə Hesablama Palatasının “2017-ci ilin altı ayı üzrə əsas makroiqtisadi göstəricilərin və büdcə parametrlərinin” təhlilində bildirilir.
Təhlildə qeyd edilir ki, 2017-ci ilin dövlət büdcəsində dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar 200 milyon manat məbləğində müəyyən edilmişdir.
“Əmlak Məsələləri Dövlət Komitəsindən daxil olmuş məlumatlara əsasən, 2017-ci ilin 6 ayı üçün özəlləşdirmədən daxilolmalar 95 milyon 380 min manat (illik tapşırığın 47,7%-i) məbləğində nəzərdə tutulmuşdur. 2017-ci ilin 6 ayında dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsait 52 milyon 324,4 min manat (illik proqnozun 26,2%-i) təşkil etmişdir, 6 ay üçün müəyyən olunmuş tapşırıq 43 milyon 55,6 min manat və ya 1,8 dəfə az icra olunmuşdur. Bu mənbə üzrə proqnoz göstəricinin ilin sonuna icrasının 55,0-60,0% səviyyəsində olması riski var. 2016-cı ilin 6 ayı üzrə müvafiq göstərici ilə (3 milyon 813,2 min manat) müqayisədə özəlləşdirmədən daxilolmalar 48 milyon 511,2 min manat və ya 13,7 dəfə çox olmuşdur."
Emtv.az