18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycana 10 ədəd təyyarə çatdırmalı olan şirkət ləğv olunur – İlkin ödəniş edilmişdi…
“Antonov” Dövlət Konserninin ləğv edilməsi “An-178” təyyarələrinin Azərbaycana çatdırılmasına heç bir təsir göstərməyəcək.
Emtv.az xəbər verir ki, bu barədə özəl olaraq trend-ə Konserndən məlumat verilib.
Qeyd olunub ki, “Silk Way Airlines” ilə “Antonov” arasındakı razılaşma qrafikə uyğun olaraq həyata keçiriləcək.
Qeyd edək ki, bir müddət öncə bəzi KİV-lərdə “Antonov” Dövlət Konserni və konsernə aid üç müəssisənin 2 ay ərzində ləğv ediləcəyi haqda informasiyalar yer almışdı. Lakin bununla bağlı konserndən Trend-ə bildiriblər ki, bu informasiya həqiqətə uyğun deyil.
Xatırladaq ki, 2016-cı ilin iyun ayında “Antonov” korporasiyası və Azərbaycan tərəfi arasında 10 ədəd “An-178″ təyyarələrinin satışına dair müqavilə imzalanıb. O zaman Ukrayna mətbuatı bildirib ki, tərəflər təyyarələrin 2 il ərzində iki mərhələdə tədarük edilməsi barədə razılığa gəlib. Əvvəlcə 2, daha sonra isə 8 təyyarənin Azərbaycana gətirilməsi nəzərdə tutulur. Müqavilənin məbləği açıqlanmır. Yalnız ilkin ödənişin edildiyi məlumdur.
Emtv.az