18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Ərdoğan Almaniyanı casusluqda ittiham etdi!
Emtv.az xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğan Almaniyanı casusluqda ittiham edib və Berlinlə Brüsseli Ankaraya qarşı sanksiya tətbiq etməkdən çəkinməyə çağırıb.
«DW.com»-un xəbərinə görə, Ərdoğan bu bəyanatı alman hüquq müdafiəçisi Peter Ştoydnerin həbsini şərh edərkən səsləndirib.
«Qərb istyir ki, onun agentləri bizim ölkəmizdə sərbəst gəzib-dolaşsınlar, bizə ziyan vursunlar…» – deyə, Prezident qeyd edib və bildirib ki, Türkiyə hakimiyyəti «Qərbin agentlərini əlüstü ovlayır».
«Əgər onlar Türkiyəni təhdidlər və ticari məhdudiyyətlərlə qorxuda biləcəklərini düşünürlərsə, bilməlidirlər ki, özləri daha yüksək bədəl ödəməli olacaqlar» – deyə, Türkiyə lideri qeyd edib.
İyulun 5-də Türkiyədə alman hüquq müdafiəçisi Ştoydner saxlanıb. Onunla birlikdə bir İsveç vətəndaşı və 8 Türkiyə vətəndaşı, o cümlədən, «Amnesty International» beynəlxalq təşkilatının yerli şöbəsinin rəhbəri də həbs olunub.
Hökumətyönlü Türkiyə qəzetləri saxlanılanları casusluqda günahlandırıblar.
Emtv.az